Rusiya Azərbaycanla "sadələşdirilmiş gömrük dəhlizi" yaradır
Rusiya hökuməti Azərbaycanla "sadələşdirilmiş gömrük dəhlizi" yaratmağı və gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması üzrə layihələrin həyata keçirilməsini planlaşdırır.
KONKRET.azxəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov bildirib.
Onun sözlərinə görə, Rusiya ticarət sənayesi artıq Şərq və Cənub ölkələri ilə əlaqələrə yönləndirilib.
R. Davıdov vurğulayıb ki, "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq dəhlizləri sayəsində yük dövriyyəsini 35 % artırmaq mümkün olub: "Rusiya dost dövlətlərlə sadələşdirilmiş sxem üzrə logistik marşrutlar həyata keçirməyi planlaşdırır. Azərbaycanla "sadələşdirilmiş gömrük dəhlizi" ilə yanaşı, İran, Suriya, Türkiyə və Çinlə də nəqliyyat marşrutları inkişaf etdiriləcək".
O qeyd edib ki, ölkələr arasında yüklərin sadələşdirilmiş daşınması layihəsi inzibati aparatın yükünü azaldacaq və daşıma prosesinin özünü asanlaşdıracaq: "Bundan başqa, Rusiya Azərbaycan, Çin və Monqolustan ilə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması üzrə layihələr həyata keçirir. Onların praktiki təsirinin artmasına nail olmaq, iştirakçılar dairəsini genişləndirmək, ticarət dövriyyəsinin həcmini artırmaq, malların tədarükü zəncirlərinin şəffaflığını və təhlükəsizliyini artırmaq vacibdir".Report

Azərbaycanda orta aylıq maaş artdı - Amma
Anar İsrafilov vəzifədən getdi
Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edildi
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Zaqatalada su hovzunu təmir edən kişi yanıb
Pezeşkian onunla ABŞ ilə aparılan danışıqları müzakirə etdi
Dünya bu tarixdə tam qaranlığa qərq olacaq
Bu gün yay Azərbaycana daxil olacaq
Yay aylarında bu balıqları yeməyin
Ağır yol qəzası baş verdi: 6 nəfər ölüb, 2 nəfər yaralanıb
Bakıda qəribə OLAY: Kişi telefona çox baxan arvadını döydü
Məşhur hitin ifaçısı xəstəxanaya yerləşdirildi
15 yaşlı yeniyetmə su kanalında boğulub
Sumqayıtda yaşayış binasında partlayış: Yaralılar var