Rusiya buğdasının qiyməti düşdü, ixracı azaldı

Rusiya buğdasının qiyməti düşdü, ixracı azaldıOktyabrın 1-dən 20-dək Rusiya xaricə 3,48 milyon ton buğda satıb.
KONKRET.az xəbər verir ki, Rusiya Taxıl İttifaqının monitorinqinə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz azdır.
Birliyin analitik departamentinin direktoru Yelena Türina "İnterfaks"a bildirib ki, ixracın mövsümün əvvəlindən müşahidə olunan müsbət dinamikası mənfiyə doğru dəyişib. Oktyabrın 1-dən 20-dək əsas taxıl növlərinin ixrac həcmi 3 milyon 840 min ton təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 12,6 faiz azdır. İxracın əsasını buğda təşkil edib.
Onun proqnozuna görə, oktyabrda ümumilikdə 5,1 milyon ton buğda ixrac edilə bilər: "Ötən mövsümdə oktyabrda 5,4 milyon ton buğda daşınıb. Bu, son 6 ildə oktyabr ayı üçün maksimum göstəricidir".
Birliyin məlumatına görə, Rusiya buğdasının əsas alıcıları olan Türkiyə və Misir oktyabrda alışı azaldıb. Belə ki, Türkiyəyə ixrac 40 faiz azalaraq 435 min tona, Misirə 55 faiz azalaraq 424 min tona düşüb. Üçüncü yerdə 276 min ton buğda göndərilən Banqladeşdir ki, bu da bir il əvvəlkindən 38 faiz azdır. Əvəzində keçən il Rusiyadan buğda almayan Pakistana 229 min ton buğda satılıb. Əlcəzairə ixrac isə 42 faiz artaraq 188,5 min tona çatıb. Bundan başqa, Yəmənə keçən illə müqayisədə 1,6 dəfə çox – 136 min ton, Keniyaya isə 1,7 dəfə çox – 107 min ton buğda ixracı qeydə alınıb.
Yelena Türinanın sözlərinə görə, Rusiya buğdasını idxal etməyən bir sıra Afrika ölkələri də oktyabrda alıcılar arasına daxil olub: Anqola 38,5 min ton, Mərakeş 27,3 min ton, Uqanda isə 18 min ton buğda alıb.
Ayın əvvəlindən Rusiya buğdasının (FOB Novorossiysk) qiymətləri 2 faiz azalaraq bir ton üçün 235 dollar təşkil edib. Eyni zamanda fransız buğdasının qiyməti nisbətən sabitdir – 250 dollar, oktyabrın əvvəlində bir ton üçün 249 dollar olub. Beləliklə, Rusiya buğdasının Avropa buğdası ilə müqayisədə endirimi bir ton üçün 15 dollar təşkil edir. Amerika buğdası 4 faiz bahalaşaraq bir ton üçün 260 dollar olub.
Qeyd edək ki, Beynəlxalq Taxıl Şurası 2023-2024-cü il mövsümündə Rusiyanın buğda ixracı proqnozunu 49,1 milyon tona qədər artırıb. Bu, cari ildə də əlverişsiz hava şərtlərinə rəğmən, Rusiyada bol məhsul əldə olunması ilə bağlıdır.Musavat.com

Sosial       Tarix: 25 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri xeberler son xeber az cəbhədən son xeber