Rusiya Ermənistana istədiyini vermir - İLGİNC TƏFƏRRÜATLAR

Rusiya Ermənistana istədiyini vermir - İLGİNC TƏFƏRRÜATLARDünən Ermənistan Baş nazirinin hökumətin iclasında səsləndirdiyi fikirlər regionda sabitliyi pozmaq və sülhü təhdid altına almağa hesablanıb. Mövqeyində gündəlik dəyişiklik edən Nikol Paşinyan Azərbaycanı yeni müharibəyə hazırlaşmaqda ittiham edərək, dünya birliyinə səslənib, ermənilərin "pozulan hüquqları"nı qorumağa çağırış edib. Bununla da Paşinyan Ermənistanın gücsüz, zəif olması barədə imic formalaşdırmaq, Azərbaycanın erməniləri əzməyə hazırlaşdığı barədə qorxunc bəyanatlar verməklə, dünyada anti-Azərbaycan ritorikasını gücləndirməyi düşünür.
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran siyasi şərhçi Orxan Amaşov Paşinyanın dəyişkən fiqur oduğunu bildirib.
Rusiya Ermənistana istədiyini vermir - İLGİNC TƏFƏRRÜATLARQeyd edib ki, bir saat əvvəl dediyi fikirləri təkzib etmək Ermənistan Baş nazirinin adətidir:
"Biz bunu dəfələrlə müşahidə etmişik. Amma son bir neçə aydakı davranışında bir məntiq var. Bu məntiq də çox zərərlidir. Paşinyanın məntiqi ona hesablanıb ki, sülh prosesini pozsun. Qarabağda yaşayan ermənilərin vəziyyəti, Laçın yolu məsələsi daha da beynəlmiləlləşsin, beynəlxalq güclər bura cəlb olunsun və bununla da sülh prosesinə ağır zərbə vurulsun. Çünki Paşinyan anlayır ki, yerdəki dəyişikliklər nəticəsində danışıqlarda yenidən dinamika yaranacaq. Yerdəki dəyişikliklər nədən ibarətdir?
Həm Rusiya sülhməramlılarınin müvəqqəti nəzarəti altında olan ərazidə, həm də şərti sərhəddə gərginliyin yaranması üçün əlindən gələni edir. Sərhəddə eskalasiyalar olur, eyni zamanda, sülhməramlıların müvəqqəti nəzarət zonasında fortifikasiya addımları atılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyünü yarımçıq şəkildə tanıdığını bəyan edib, arxasında real əsas yoxdur. Separatçılara da heç bir təzyiq etmədi. Belə bir vəziyyətdə eskalasiya təhlükəsi yaranıb. Bunu hər kəs anlayır. Bu eskalasiyalar Ermənistan üçün yaxşı nəticələr vəd etmir. Ona görə də dünya ictimaiyyətinin diqqətini bu məsələyə çəkməyə çalışır".
Ekspert hesab edir ki, məsələyə fundamental yanaşsaq, əslində, Nikol Paşinyan Qarabağ yükündən azad olmaq istəyir, amma bunun yolunu da bilmir:
"Bunun yolu gərginlik yaratmaq və Azərbaycanın şərtlərini nisbətən qəbul etməkdir. Paşinyan bunu çox gözəl anlayır. 16 avqustda BMT TŞ-nin iclası heç bir nəticə vermədi. Orada hər hansı bəyanat da olmadı. Hələ mən qətnamədən danışmıram. Eyni zamanda, İrəvanda mer seçkiləri gəlir, onu da udmaq lazımdır. Ona görə də Robert Koçaryana və Serj Sarkisyana daha mülayim münasibət göstərir. Bunun nəticəsi Ermənistan üçün yaxşı olmayacaq.
Ümumiyyətlə, Paşinyanın Qarabağ yükündən azad olmaq istəməsi çox çətindir. Konstruktiv danışıqlarda Azərbaycanın təkliflərinə cavab vermir. Hər dəfə də təkilflər cavabsız qalanda Azərbaycan tərəfindən daha məhdud çərçivədə təkliflər edilir. Bunlar isə Ermənistan üçün daha az imkanlar vəd edir və Paşinyan bu yoldan çəkilmək istəmir. Onu məcbur etmək lazımdır. Bu, Qarabağdakı separatçı rejimin likvidasiyası və erməni silahlı qüvvələrinin ərazidən çıxarılmasından ibarətdir. Güman etmirəm ki, separatçı xuntada hakimiyyəti ələ keçirən şəxslər Azərbaycanın tələblərinə müsbət cavab verəcək. Çünki bilirsiniz ki, Qarabağ ermənilərinin nümayəndələri ilə Bakı arasında dialoq olmalıdır. Bu, sülh prosesinin növbəti elementidir, daxili prosesdir. Bir dəfə görüş olub, həmin görüşdən müəyyən nəticələr əldə edilsə də, davamı gəlmədi. Separatçı rejim özünü likvidasiya etməyib, üstəlik, orada radikallar hakimiyyətə gəlib. Bu o deməkdir ki, yaxın zamanda belə bir dialoq ağlabatan görünmür. Mənə elə gəlir ki, danışıqlarda irəliləyiş olacaq, amma bu irəliləyiş çox güman ki, hansısa gərginlikdən sonra baş tutacaq. Çünki indiki şəraitdə bu, real görünmür".
Orxan Amaşov Ermənistanda anti-Rusiya meyllərinə də toxunub. Nikol Paşinyanın Rusiya əleyhinə səsləndirdiyi bəyanatların arxasında həm də müttəfiqlərinə qarşı narazılığının dayandığını deyib:
"Ermənistan Rusiyadan narazıdır, incikdir. Həm II Qarabağ müharibəsinə, həm də ötənilki sentyabr hadisələrinə görə narazılıqlar var. Paşinyan müsahibəsində demişdi ki, bizim üçün aydın deyil, KTMT-nin bizə münasibətdəki proteksiyası hansı əraziyə şamil edilir. Sərhəddə eskalasiya olur, onlar deyirlər ki, sərhəd hələ delimitasiya olunmayıb. Narazıdır, çünki Rusiya onlara istədiklərini vermir və heç vaxt da verməyəcək. Buna görə də Rusiyanın orbitindən kənara çıxmaq üçün cəhdlər edir və Avropadan gələn siqnallar onu həvəsləndirir. Amma Ermənistan yaxın zamanda nə Rusiyanın təsir dairəsindən çıxa bilər, nə də NATO-ya və ya Avropa İttifaqı istiqamətinə inteqrasiya edə bilər. Adətən Bakı – Moskva – İrəvan üçbucağında İrəvanın Moskvayla münasibətləri pozulanda Rusiya Ermənistanı cəzalandırır. Bu cəzalandırma bizim üçün istənilən nəticəyə səbəb olmaya da bilər. Amma balansa elə təsir edə bilər ki, biz müəyyən addımlar atmaq üçün imkanlar əldə edə bilərik. Məhz Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi, Azərbaycan və Rusiya arasında Qarabağ məsələsi istisna olmaqla, digər istiqamətlərdə münasibətlərin normal olmasının nəticəsidir ki, Rusiya sərhəddəki eskalasiyalarda nisbətən əndazəli münasibət göstərir. Bu isə Ermənistanı qane etmir. Ona görə də yaxın zamanlarda Paşinyanın öz xəttindən əl çəkəcəyini güman etmirəm . Amma son nəticədə yerdəki hadisələr onu danışıqlarda dinamik şəxs kimi davranmağa məcbur edəcək".
Vəli Həsənov
KONKRET.az

Siyasi       Tarix: 09 sentyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan ən son xəbərlər kriminal bugun maliyye xeberler bugun