"Rusiya ilə ABŞ arasında qarşıdurma kəskinləşəcək" - Suslov
"Rusiya ilə ABŞ arasında qarşıdurma gələn il kəskinləşəcək və birbaşa hərbi toqquşma riski ilə üzləşəcək".
KONKRET.az xəbər verir ki, bunu TASS-a müsahibəsində "Valday" klubunun eksperti Dmitri Suslov deyib.
Onun sözlərinə görə, Vaşinqton Kiyevə yardımı artırmaq niyyətindədir və Ukraynanı Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli raketlər, pilotsuz uçuş aparatları ilə təchiz edə bilər.
Suslov qeyd edib ki, Ukrayna böhranı Prezident Co Baydenin administrasiyası üçün əhəmiyyət kəsb edir. Vaşinqtonda bu münaqişə ABŞ-la Rusiya arasında qarşıdurma kimi qiymətləndirilir.
"Birləşmiş Ştatlar Rusiyanın qalib gəlməsinə icazə verərsə, bu, dünyada Amerika hegemonluğuna sarsıdıcı zərbə olacaq. Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının miqyası nə qədər geniş olarsa, ABŞ-ın münaqişədə birbaşa iştirakı da bir o qədər çox olacaq. Bu vəziyyətdə tərəflər ya dərhal danışıqlar masası arxasına keçəcək, ya da özlərini qarşılıqlı məhvə məhkum edəcəklər", – deyə analitik bildirib.
Suslov hesab edir ki, Moskva ilə Vaşinqton arasında diplomatik münasibətlərin yaxın gələcəkdə pozulacağı ehtimalı da azdır.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı