Rusiya "Jiquli" və "Oka"nın istehsalını BƏRPA EDİR
Rusiyada "Oka"dan sonra "Jiquli"nin istehsalını bərpa etmək təklif edilir.
KONKRET.azxəbər verir ki, bu barədə Avtomobil Xidmətləri İttifaqının İdarə Heyətinin üzvü İlya Plisov "İzvestiya"ya müsahibəsində deyib.
O hesab edir ki, "Oka" brendi altında olan avtomobillərə tələbat olacaq.
Plisov həmçinin "Jiquli" brendini canlandırmağı təklif edib.
Onun fikrincə, texnoloji sıçrayış olmayacaq, sadəcə olaraq yeni loqo sifariş ediləcək.
Plisov əlavə edib ki, tanınmış yerli brendin məhsullarını məmnuniyyətlə alan vətəndaşlar var.
Xatırladaq ki, daha əvvəl sənaye və ticarət naziri Denis Manturov "Oka" avtomobil markasının canlandırılması ideyasını dəstəkləyib.
İqbal Rzayev,
KONKRET.az

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Messi Dünya Kuboku tarixində ən çox qol vuran oyunçu oldu - 18-ci qol
Yumurtanın qiyməti kəskin ucuzlaşdı - Arxasında nə dayanır?
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə müzakirə apardı
Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanladı
Türkmənistan Prezidentinin şərəfinə ziyafət verildi - FOTOLAR
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq
İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları
Krım əhalisinin yanacaq tədarükü… - Kreml
Tramp İrana xəbərdarlıq etdi: "Öhdəlikləri yerinə yetirməsələr..."
Navrotski və Zelenski arasında söz dueli
Məşhur aktyor islamı qəbul etdi