Rusiya sərhədə ordu toplamağa davam edir: yeni artilleriya sistemləri göndərildi - FOTO/VİDEO
Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinə dair xəbərlər və yeni görüntülər gəlməkdə davam edir.
Publika.az virtualaz.org-a istinadla xəbər verir ki, bu dəfə Voronejdən Ukrayna istiqamətində 203 millimetrlik 2S7 "Pion" özüyeriyən artilleriya sistemləri yüklənmiş dəmiryol eşalonunun hərəkəti qeydə alınıb. Bundan əvvəl "Pion" özüyeriyən artilleriya sistemlərinin heç vaxt Ukrayna sərhədləri yaxınlığında yerləşdirilmədiyi qeyd olunur, 47.5 kilometr maksimal atəş məsafəsinə malik olan bu qurğular həm də nüvə başlıqlı mərmilər ata bilir.
Digər məlumata görə, Rusiya Ukrayna sərhədləri yaxınlığında xüsusi rejim tətbiq edib və sərhədin 30 kilometrliyində, Boquçar və Kantemirovsk yaşayış məntəqələri arasında nəzarət-buraxılış məntəqəsi yerləşdirib. Sərhəd zonasına ancaq xüsusi icazə ilə daxil olmaq mümkündür. Rusiya dövlət televiziyasının bu barədə Voronejdən hazırladığı süjetdə Ukrayna istiqamətində BMP və BTR-lərdən ibarət hərbi texnika kalonlarının da getdiyi görünüb.
Xatırladaq ki, Rusiya Ukrayna sərhədləri boyu azı 120 minlik canlı qüvvə və minlərlə hərbi texnika cəmləşdirib. ABŞ və NATO rəhbərliyi Rusiyanın şaxtalar düşəndən sonra Ukrayna hüzərinə hücuma keçə biləcəyi barədə bir-birinin ardınca xəbərdarlıqlar edirlər, o cümlədən ABŞ və Avropa ölkələrinin mümkün Rusiya hücumuna qarşı birgə cavab tədbirləri barədə danışıqlar aparılır.
f PaylaşUstalar.az ustalar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu