Rusiya, Suriya və Türkiyə XİN başçıları Moskvada görüşə bilər
Rusiya, Suriya və Türkiyə xarici işlər nazirləri yanvarın 11-də Moskvada görüşə bilər.
KONKRET.azxəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Asharq Al-Awsat" qəzeti yazıb.
Bildirilib ki, yanvarın 4-də Dəməşqdə Suriya lideri Bəşər Əsədlə görüşən Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan da görüşdə iştirak edə bilər.
Qeyd olunub ki, əldə olunan razılığa əsasən, Moskvada keçirilən danışıqlarda Rusiya, Suriya və Türkiyə prezidentlərinin iştirakı ilə zirvə görüşünə hazırlıq da müzakirə oluna bilər.
"BƏƏ belə sammitin keçirilməsi üçün yer təklif edib. Üçtərəfli sammit Moskvada baş tutsa, Əmirliyin yüksək rütbəli nümayəndəsi də həmin görüşdə iştirak edə bilər", – deyə qəzet yazıb.

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO