Rusiya USAİD-i nə üçün qadağan edibsə, Azərbaycan da 'Rus evi'ni buna görə qadağan etdi
"Azərbaycanda "Rus evi"nin bağlanmasının səbəbləri çox aydındır və bu barədə bir neçə dəfə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verib. Bəlli olub ki, "Rus evi" ümumiyyətlə Azərbaycanda hüquqi qeydiyyatdan da keçməyib. Ona görə də fəaliyyətinə son qoyulub. Əgər Rusiya doğrudan da Azərbaycanın münasibətlərdə bərəbərhüquqi münasibətlərin, dostluq münasibətlərinin tərəfdarıdırsa, bəlkə heç "Rus evi" kimi fəaliyyəti qeyri-qanuni olan və həm də şübhə doğuran bir evin bundan sonra da fəaliyyətinin davam etdirməsinə ehtiyac görməməlidir".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, Rusiya USAİD-i nə üçün öz dövlətində qadağan edibsə, Azərbaycan da "Rus evi"ni bənzər səbəblərə görə qadağan edib:
"Azərbaycanda Rusiya Federasiyasının universitetlərinin filialları var. Azərbaycanda 380-dən çox, 400-ə yaxın rusdilli məktəb var. Azərbaycanda çox böyük mədəni mühit var. Azərbaycanda rus ədəbiyyatı, rus klassiklərinin əsərlərinin oynanıldığı rus dram teatrı var və s. Azərbaycanda "Rus evi"nin fəaliyyətini nə üçün dayandırdığı məlumdur. Rusiya USAİD-i nə üçün öz dövlətində qadağan edibsə, Azərbaycan da "Rus evi"ni bənzər səbəblərə görə qadağan edib".
Deputatın fikrincə, "Rus evi"nin Azərbaycanda fəaliyyət göstərməsi zərurəti yoxdur:
"Belə olan təqdirdə, necə olur ki, Rusiya USAİD-ni öz ölkəsində qadağan edəndə özünü haqlı hesab edə bilir. Azərbaycan həm USAİD-i, həm də "Rus evi"ni, fəaliyyətini öz ölkəsində qadağan edəndə bu Rusiyanın xoşuna gəlmir. Axı, bütün hallarda belə yanaşma ədalətli deyil. Ona görə mən düşünürəm ki, bu məsələ yaddan çıxarılmalıdır. Dediyimiz kimi, Rusiya-Azərbaycan münasibətlərində ayrıca bir "Rus evi"nin fəaliyyət göstərməsi zərurəti yoxdur. Rusiya da bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşı olar".
Qeyd edək ki, bir neçə gün öncə Rusiyanın "Rossotrudniçestvo" agentliyinin Azərbaycanda fəaliyyəti dayandırılıb. Bu gün isə həmin "Rus evi"nin qarşısındakı binada rusdilli lövhə və yazılar sökülüb.
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.

Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var