Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır
Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib.
Bu barədə qurumun nümayəndəsi İrina Volk özünün "Telegram" kanalında bildirib.
Sənəd Rusiyaya daxil olan əcnəbilər üçün biometrik identifikasiyanın tətbiqini nəzərdə tutur, həmçinin ölkədə qalma müddətini il ərzində 90 günə qədər azaldır. Hazırda altı ay ərzində 90 gündür.
Sənəddə əcnəbi işçi qüvvəsini cəlb edən işəgötürənlər, iş və ya xidmətlərin sifarişçiləri üzərində nəzarətin gücləndirilməsi, dövlət orqanlarına, təşkilatlarına, fiziki və hüquqi şəxslərə miqrasiya qanunvericiliyini pozanlara hər hansı xidmət göstərməsinə qadağa qoyulması, habelə Rusiyaya daxil olarkən biometrik fərdi identifikasiya, əcnəbinin rəqəmsal profili, xarici vətəndaşların müəyyən kateqoriyaları üçün Rusiyada nəzarət edilən qalma rejimi, qanunsuz miqrantların hüquqlarının məhkəmədənkənar məhdudlaşdırılması və digər tədbirlər nəzərdə tutulur.
Həmçinin "loyallıq müqaviləsi"nə də baxılır. Əcnəbilərdən qanun pozuntusu halında Rusiyaya daxil olmaq, ölkədə qalmaq və yaşamaq hüququnun mümkün məhdudlaşdırılması ilə bağlı razılıq imzalaması tələb olunacaq.
Mənbə: RBK / oxu.az
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var