AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib
AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib
Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saat qalmış hava limanına gəlmələrini xahiş edir.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
"Crocus City Hall"da baş vermiş faciəli hadisə ilə əlaqədar 23.03.24-25.03.24 tarixləri arasında yola düşəcək və daşınmadan imtina edən sərnişinlərə ilkin gediş tarixindən növbəti 3 gün ərzində marşrutun saxlanılması şərti ilə aviabiletlərin məcburi şəkildə yenidən rəsmiləşdirilməsinə və ya tam dəyərinin məcburi şəkildə qaytarılmasına icazə verilir.
Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə Çağrı Mərkəzinə müraciət edə bilərlər. / oxu.az
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var