Rusiyada səfərbərliyə çağırılan Azərbaycan əsilli Avropa çempionu: "Şoka düşdüm"
Səfərbərlik idarəsindən çağırış vərəqəsi alan Azərbaycan əsilli rusiyalı idmançı, fiqurlu konkisürmə üzrə Avropa çempionu Dmitri Əliyev yaşadığı hissləri şərh edib.
KONKRET.az-ın məlumatına görə, 23 yaşlı idmançı etiraf edib ki, çağırış vərəqəsi ilə bağlı xəbəri eşidəndə şoka düşüb:
"Xəbəri mətbuatdan oxudum. Təsəvvür edin, təyyarə enir və deyirlər ki, sənə müharibəyə çağırış gəlib. Evə getdim, bütün sənədləri hazırladım, daha sonra hərbi komissarlığa yollandım. Hazırda hər şey qaydasındadır. Sadəcə gedib qeydiyyatdan keçməli idim. Qeydiyyat yerim dəyişib. Müvafiq olaraq, yeni qeydiyyatda olduğum yerdə qeydiyyatdan keçmək lazım idi".
Fiqurlu konkisürmə üzrə Avropa çempionu "idmançıların orduya cəlb olunması nə qədər məqsədəuyğundur?" sualına isə belə cavab verib:
"Siz nə qədər cəhd etsəniz də, mən bu suala cavab verməyəcəyəm".
Qeyd edək ki, ata tərəfdən Azərbaycan əsilli olan Dmitri Əliyev 2020-ci il Avropa çempionatının qalibi olub.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi