Rusiyada xokkeyçi hakimi döydü - VİDEO
Rusiyada həvəskar xokkey liqasında oyunçu hakimi döyüb.
KONKRET.az xəbər verir ki, insident "Əmək Ehtiyatları" Liqasının Moskvanın "Leopardlar" və "HC Revol Ice" komandaları arasında "Çkalov Arena"da keçirilən matçda baş verib.
Hakim ikinci hissənin 10-cu dəqiqəsində "Leopardlar"ın xokkeyçisini meydandan qoyub. Müdafiəçi əvvəlcə cərimə skamyasına tərəf getsə də, daha sonra hakimə yaxınlaşaraq onu əlindəki xokkey taxtası ilə vurub. Hakim buzun üzərinə yıxıldıqda isə referini təpikləyib.
Rəqib oyunçular xokkeyçini hakimdən uzaqlaşdırıblar. Ona uzun müddət kömək göstərilib.
Komandalar ikinci dövrəni başa vurub, daha sonra görüşün vaxtından əvvəl dayandırılmasına qərar verilib və "Leopardlar"ın məğlubiyyəti qeydə alınıb – 0:5.
Qeyd edək ki, hakimi döyən xokkeyçi bu matçda köynəyində Utenkov soyadı ilə 99 nömrə altında çıxış edib. Halbuki, "Leopardlar"ın iştirak ərizəsində bu nömrə altında müdafiəçi Nikolay Rizin qeydə alınıb. Mixail Utenkovun nömrəsi isə sənəddə 20-dir.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Bakıda yaşayış binasında uçqun
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir