Rusiyadakı azərbaycanlılar üçün böyük təhlükə: "Ya Ukrayna müharibəsinə, ya da evinizə..."

Rusiyadakı azərbaycanlılar üçün böyük təhlükə: Rusiya Federasiyasının prezidenti Vladimir Putin əcnəbilərin ilkin hərbi qeydiyyatdan keçmə öhdəliyini yerinə yetirməməsi halında əldə etdikləri Rusiya vətəndaşlığına xitam verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Qanun Rusiya vətəndaşlığını almış şəxslərin icbari ilkin hərbi qeydiyyata alınması öhdəliyini qarşıya qoyur. Öhdəliyin yerinə yetirilməməsi isə həmin şəxlərin vətəndaşlığına xitam verilməsi üçün əsas sayılır.
Qanun layihəsinə izahatda qeyd olunub ki, Rusiya vətəndaşlığını almış hərbi xidmət yaşında olan kişilər hərbi qeydiyyatdan keçməlidirlər.
İmzalanan qanuna görə, vətəndaşların hərbi uçota alınması və vətəndaşlıq alması prosesləri sinxronlaşdırılmış şəkildə aparılacaq.
Bu qanun layihəsi ikili vətəndaşlığı olan azərbaycanlıların Rusiyadan kütləvi deportasiyasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ikili vətəndaşlıq heç bir ölkədə vətəndaşın yaşadığı ölkələrin qanunların riayət etməkdən azad etmir:
"Rusiya Prezidenti tərəfindən imzalanan bu qanun birmənalı olaraq Ukrayna ilə davam edən müharibənin məntiqi nəticəsi kimi qəbul edilməlidir. Bu Rusiya ərazisində yaşayan milyonlarla əcnəbini Ukrayna cəbhəsinə göndərmək məqsədi daşıyır. İkili vətəndaşlığı olan azərbaycanlılar hərbi qeydiyyatdan keçmək məcburiyyətində qalacaqlar. Keçməyənlər isə Rusiya vətəndaşlığından imtina edərək Azərbaycan vətəndaşlığını saxlaya, müvafiq qaydalara uyğun olaraq 90 gündən bir Rusiya ərazisini tərk etməklə yenidən qeydiyyata düşüb orada yaşamağa davam edə bilərlər. Rusiya vətəndaşlığını qəbul edənlər Rusiya ərazisində yaşayırlarsa, təbii ki, ikili vətəndaşlıq onları hərbi qeydiyyatdan, hərbi xitmətdən azad etməyəcək. Qanun təsdiqləndikdən sonra, buna riayət etməyən ikili vətəndaşlığı olan azərbaycanlılar Rusiya ərazisindən çıxarıla bilər".
Politoloq Tural İsmayılov Rusiyada yaşayan miqrantlara qarşı radikal qərarların alınacağını düşünmür:
"Rusiya ikili vətəndaşlığı olan əcnəbiləri kütləvi şəkildə müharibəyə cəlb etməyə çalışsa, böyük narazılıq yaranacaq. Kifayət qədər insan resursuna malik olan Rusiyanın tezliklə bu addımı atacağı da inandırıcı görünmür. Müharibədə iştirak etmək istəməyənlərin Rusiya ərazisindən kütləvi deportasiyası Rusiyada böyük boşluq yaradar. Hamıya bəllidir ki, Rusiya sənayesində, istehsal prosesində, biznes strukturlarında və digər sahələrdə kifayət qədər ikili vətəndaşlığı olan əcnəbilər çalışır. Onların kütləvi şəkildə deportasiyası Rusiyada böyük xaos yaradar".
Xatırladaq ki, ötən ilin 3 ayında 106 mindən çox insan Rusiya pasportu alıb. Siyahıdakı ilk yeri 44,8 min nəfərlə Tacikistan vətəndaşları tutur. 22 min Ukrayna, 8,9 min Ermənistan, 6,9 min Qazaxıstan, 5,4 min Qırğızıstan, 4,6 min Özbəkistan, 3,7 min Azərbaycan, 3 min Moldova, 2,3 min Belarus və 912 nəfər Türkmənistan vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib.
Ən son açıqlanan statistik məlumatlara görə isə Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır.
Aygün Mirakif,
KONKRET.az

Siyasi       Tarix: 14 avqust 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden


son xeberler yeni xeberler azerbaycan xeberleri enson xeberler xeberler bugun 2026 cəbhədən xəbər