Rusiyalı ekspertdən XAİN TƏKLİF: "Bakıya raket zərbələri endirin" - VİDEO
"Əgər onlar bizim sülhməramlılara hücum etsələr, hansısa tədbir görməli olacağıq. Birbaşa təmasların olmadığı savaşa başlaya bilərik. Bakıya raket zərbələri endirmək, Azərbaycanın neft-qaz infrastrukturunu bombalayıb məhv etmək mümkündür".
KONKRET.az xəbər verir ki, belə bir xain təkliflə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov azərbaycanlı ekoloqların Laçın-Xankəndi yolunda bir neçə gündür davam edən aksiyasını şərh edərkən çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan mövcud vəziyyətdən (yəni Rusiyanın Ukraynada apardığı müharibədən) istifadə edərək Laçın dəhlizinin statusunu dəyişməyə, onu nəzarətə götürməyə çalışır. Buna cavab olaraq Moskva neft sənayesinə və Bakının enerji infrastrukturuna raket zərbələri endirməlidir.
"Biz onların neft sənayesini bombalasaq, onlar Qərbə neft sata bilməyəcəklər. Yeri gəlmişkən, Qərb də bundan xeyli ziyan çəkəcək", – deyə Mixail Aleksandrov qeyd edib.
Ukraynalı jurnalist Denis Kazanski özünün YouTube kanalında Aleksandrovun çıxışını şərh edərək onun fikirlərini aqressiya dalğası ilə müşayiət olunan neyropsixoloji kəskinləşmənin hansısa forması kimi qəbul edib.
"Çünki bu, Moskva ilə Bakı arasında mövcud olan münasibətlərə əsaslı şəkildə ziddir. Azərbaycanla müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalayan dövlətin aparıcı elmi mərkəzlərindən birinin əməkdaşının onun mülki infrastrukturuna raket zərbələri endirmək çağırışı tamamilə qəbuledilməz haldır", – deyə Kazanski bildirib.
Əgər bu adamın Azərbaycana qarşı açıq təcavüzə çağırışı onun öz mövqeyidirsə, o zaman ukraynalı jurnalistin fikrincə, Rusiya hakimiyyəti Aleksandrova qarşı sərt tədbirlər görməyə məcburdur:
"Çünki bu qəbildən olan çağırışlar Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri haqqında sənədin məzmununa xələl gətirir", – deyə ukraynalı jurnalist əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür