Rusiyalı idmançı vətəndaşlığını dəyişəcəyi barədə xəbərə münasibət bildirdi
Georgi Kunitsa ilə cütlükdə çıxış edən rusiyalı fiqurlu konkisürən Alyona Kostornaya beynəlxalq yarışlarda başqa ölkə adından yarışmaq üçün idman vətəndaşlığını dəyişəcəyi barədə xəbərə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, o, TASS-a açıqlamasında belə bir fikrinin olmadığını söyləyib.
"Heç yerə köçməyəcəyik, niyyətimiz yoxdur, düşünmürük, planlaşdırmırıq. Əvvəla, biz Rusiyanın idmançılarıyıq və yalnız Rusiya üçün konki sürəcəyik. Bizim üçün nə qədər çətin, ağır olsa da, 40-cı pillələrdə yer alsaq da, burada çıxış edib, aşağıdan yuxarı qalxacağıq. Amma biz heç vaxt asan yola getməyəcəyik".
O, hazırda müalicə olunduğunu deyib:
"İndi bizə vaxt lazımdır, çünki sağalmağa ehtiyacım var – ağır pnevmoniyadan əziyyət çəkdim. Tam bərpa olunana qədər bir neçə yarışı buraxmalı olacağıq. Bu, ən azı altı ay çəkəcək. Tələsmək üçün heç bir yerimiz də yoxdur. Biz beynəlxalq yarışlardan təcrid olunmuşuq. Ona görə də problem yoxdur".
Qeyd edək ki, Bir müddət əvvəl amerikalı jurnalist Deyv Liz bildirmişdi ki, Kostornayanın idman vətəndaşlığını Azərbaycan vətəndaşlığına dəyişməsini təmin etmək üçün pul yığımı təşkil etməyə hazırdır.
Qeyd edək ki, Alyona Kostornayanın Azərbaycan millisində çıxış edə biləcəyini amerikalı jurnalist Nolan Karni iddia edib. 2003-cü il avqustun 24-də Moskvada anadan idmançı 2020-ci ildə Avstriyanın Qrats şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Masazırda ağır qəza: ölən var
Prezident qızları bir arada - Foto
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Uitkoff Sankt-Peterburqa gəldi