Rusiyalı məşqçi: Qırmızı vərəqə olmasaydı, "Qarabağ" qələbəni əldən verməzdi
Qırmızı vərəqə olmasaydı, "Qarabağ" qələbəni əldən verməzdi.
KONKRET.az xəbər verir ki, bunu Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov "Qarabağ"ın Almaniyanın "Bayer 04" klubuna 2:3 hesabı ilə məğlub olduğu UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
Mütəxəssisin fikrincə, Azərbaycan çempionunun buraxdığı qollarda Rusiya yığmasının qapıçısı Andrey Lunyovun səhvi olmayıb: "Qarabağ" yenə yaxşı oynadı, 2:0 önə keçdi. Lakin görüşün sonunda yenə üstünlüyünü əldən verdi. İlk qolun vurulduğu epizodda Andreyin xilas etmək şansı az idi. Amma buraxılan ikinci qolda bəxti gətirmədi. Halbuki hər şeyi düzgün etdi. Lunyov bu matçda öz işini gördü, əlindən gələni etdi".
Kafanov millinin martın 21-də Serbiya, 25-də isə Paraqvaya qarşı keçirəcəyi yoldaşlıq görüşləri öncəsi Lunyovun psixoloji durumundan narahatlıq keçirdiyini etiraf edib: "Adətən belə oyunlar həm qapıçını, həm də futbolçuları dəli edir. Onlar bunu çox ağır yaşayırlar və ürəkdəki tikan uzun müddət qalır. İndi məni daha çox Andreyin psixoloji durumu narahat edir. Onun ağrılı məğlubiyyəti tez unutması və oyunlardan əvvəlki vəziyyətə qayıtması çox vacibdir. Andrey psixoloji cəhətdən sabit oğlandır. Düşünürəm ki, o, bu dövrü ağrısız keçə biləcək".
Qeyd edək ki, iki oyunun cəmində "Bayer 04"ə 4:5 hesabı ilə uduzan "Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb.
Turlar.az [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto