Rusiyanın Azərbaycan yumurtasından asılılığı artır - Böhran dərinləşir

Rusiyanın Azərbaycan yumurtasından asılılığı artır - Böhran dərinləşirRuslar hələ də Azərbaycan yumurtasına tamarzıdır.
KONKRET.az xəbər verir ki, 2023-cü ilin sonuna qədər 61,4%-ə çatan qiymət artımı yumurta idxalını aktuallaşdırdı.
Belarus, Azərbaycan və Türkiyədən idxal olunan məhsullar emala göndərildiyi üçün hələ pərakəndə satış şəbəkələrinə çatmayıb. Çünki yumurtadan qənnadı məmulatları və digər məhsullar hazırlanır.
Bildirib ki, hökumətin 2023-cü ilin dekabrında idxal rüsumunu sıfırlamaq qərarından sonra Rusiyaya 78 milyon toyuq yumurtası idxal edilib. Məhsulun böyük hissəsi Belarusdan tədarük edilib – 69 milyon ədəd. 5,6 milyon Türkiyədən, 4,2 milyonu isə Azərbaycandan idxal edilib. Lakin xaricdən tədarük yumurta qiymətləri ilə bağlı vəziyyəti yaxşılaşdırmayıb.
"Rusprodsoyuz"un idarə heyətinin sədr müavini Dmitri Leonov deyib ki, quşçuluq təsərrüfatları ilə federal pərakəndə satış şəbəkələri arasında uzunmüddətli müqavilələrin bağlanması bazarda qiymətlərin sabitləşməsinə kömək edib.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Rusiya bazarına Azərbaycan və Türkiyədən yumurta gəlməkdə davam edir. 2024-cü il yanvarın 1-dən iyunun 30-dək Rusiyaya 1,2 milyarda qədər yumurta idxal edilməlidir. "Rosstat"ın məlumatına görə, 2023-cü ildə ölkədə 38,1 milyard yumurta istehsal edilib ki, bu da bir il əvvəlkindən 1,8% çoxdur.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Sosial       Tarix: 02 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi apa.az xeberler valyuta mezenesi zelzele