Rusiyanın neft gəlirləri ÇÖKDÜ
Rusiyanın neft gəlirləri çöküb.
KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumat yayıb. Rusiya neftinin ixracı iyulda gündəlik 115 min barel azalaraq 7,4 milyon barrelə düşüb.
Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, ölkənin xammal satışından əldə etdiyi gəlir iki milyard dollar azalaraq 21 milyard dollardan 19 milyard dollara düşüb.
Rusiyadan ABŞ, Aİ ölkələri, Böyük Britaniya, Yaponiya və Cənubi Koreyaya neft tədarükü Ukraynada xüsusi əməliyyatın başlaması ilə gündə 2,2 milyon barel azalıb, lakin bu həcmlərin üçdə ikisi artıq başqa bazarlara (Hindistan, Çin və Türkiyəyə) yönəldilib. İyulda Rusiyanın Hindistana ixracı gündəlik 975 min barellə yeni rekord həddə çatıb.
Ötən ay Rusiyanın xam neft hasilatı Ukraynada münaqişə başlamazdan əvvəl müşahidə olunan hasilat səviyyəsindən sutkada 310 min barel aşağı olub.
İEA-nın hesablamalarına görə, Rusiya gündə bir milyon barel neft məhsulları və 1,3 milyon barel neft satmaq üçün yeni bazarlar tapmalı olacaq. Ümumilikdə qlobal neft hasilatı pandemiyanın başlanğıcından bəri maksimuma – sutkada 100,5 milyon barelə çatıb.
Ekspertlər hesab edirlər ki, ilin ikinci yarısında bazarda neft təklifi sutkada milyon barel artacaq. Onlar bu il üçün tələbatı təxminən 380,000 barel artırıblar.
Xuraman Etibarlı,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var