"Sabah" 12 milyona stadion aldı, Masazırdan köçür
Son Azərbaycan çempionu "Sabah" Masazırdan köçəcək.
KONKRET.az xitab24.az-a istinadla bildirir ki, "bayquşlar" "Liv Bona Dea Arena"nı AFFA-dan satın alıb.
Bunun üçün "Sabah" rəhbərliyi 12 milyon manat ödəyib.
Son çempion sözügedən stadionda əvvəlcə təmir işləri aparacaq, daha sonra sonra ev oyunları məhz bu arenada keçirəcək.
"Sabah"ın yeni mövsümdən Mərdəkanda oynayıb- oynamayacağı ilə bağlı klubdan bildirilib:
"Hazırda komandamız "Bank Respublika Arena"nın xidmətindən istifadə edir. Gələcəkdə hər hansı yenilik olsa, bu barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik".
Qeyd edək ki, "Sabah" əvvəllər "Əlincə Arena", daha sonra isə "Bank Respublika Arena" adlanan Masazırdakı stadiondan icarə əsasında istifadə edir.
Onu da əlavə edək ki, əvvəlki adı "Dalğa Arena" olan "Liv Bona Dea Arena"nın açılışı 2011-ci ildə baş tutub. Açılış mərasimində həmin vaxt FİFA-nın prezidenti olan Yozef Blatter və UEFA-nın ozamankı prezidenti Mişel Platini də iştirak edib.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA