Sabah 4 rayonda qaz olmayacaq
Sabah Tərtər, Bərdə, Ağdam və Yevlax rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə azxeber.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, "Qaz İxrac" İdarəsinə məxsus "Yevlax-Naxçıvan" yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, iyunun 10-da saat 08:00-dan 2 (iki) gün ərzində təmir işləri başa çatanadək "Kövər" QPS-dən qaz təchizatının dayandırılması, həmçinin iyunun 10-da saat 09:00-dan etibarən 2 (iki) gün ərzində təmir işləri başa çatanadək "Bərdə, "Kətəlparaq", "Tərtər", "Azadqaraqoyunlu" QPS-lərdən və "Bərdə" QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır, eyni zamanda iyunun 11-də işin gedişindən asılı olaraq "Ağcabədi" QPS-dən qidalanan Ağcabədi rayonunda təbii qazla təmin olunan əhali və sənaye qrup istehlakçılarının qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranması ehtimalı mövcuddur.
Təmir işləri aparılan müddətdə Tərtər rayonunun qaz təchizatında tam olaraq, Bərdə, Ağdam və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Turlar.az [newsid: 0-123300]

Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək