"Sabah" və "Neftçi"yə xəbərdarlıq edildi

AFFA İntizam Komitəsi "Sabah" və "Neftçi" klubuna xəbərdarlıq edib, birincilərin baş məşqçisi Murad Musayevi cəzalandırıb.
KONKRET.azxəbər verir ki, qurum adıçəkilən komandalar arasında keçirilən Azərbaycan Premyer Liqasının III turunun oyununda qeydə alınan neqativ hallara görə bir sıra qərarlar verib.
Qarşılaşma zamanı hər iki klubun azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən və bu hal cari mövsümdə ilk dəfə yaşandığından, komandalara xəbərdarlıq olunub.
1:1 hesabı ilə başa çatan matçın sonlarında oyunun bərpasını ləngitdiyi üçün qırmızı vərəqə alan "Sabah"ın baş məşqçisi Murad Musayev 1-i şərti olmaqla, 2 oyunluq cəzalandırılıb. Həmçinin, "Sabah" buna görə 1000 manat cərimələnib. Rusiyalı mütəxəssisə 3 aylıq sınaq müddəti təyin edilib.
Görüş zamanı "Sabah"ın 7, "Neftçi"nin isə 5 futbolçusu sarı vərəqə alıb. Bu, hər iki klubun 700 manat məbləğində cərimə edilməsinə səbəb olub.//Report

İdman       Tarix: 24 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

DÇ-2026-nın final oyununu o idarə edəcək

Futbol üzrə dünya çempionatının final oyununu idarə edəcək hakim bəlli olub. xəbər verir ki, İspaniya – Argentina matçı sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırılıb. DÇ-2026-da Fransa və İngiltərə komandaları arasınd

DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO

ABŞ-li aktyor Tom Kruz 2026-cı il futbol üzrə dünya çempionatının bağlanış mərasimində iştirak edəcək.  FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mərasim iyulun 19-da, turnirin final matçından əvvəl Nyu-Cersidəki "Metlayf"

Dünya çempionatları tarixində ilk yaşandı

Dünya çempionatları (DÇ) tarixində ilk dəfə olaraq FIFA reytinqinin ilk dörd pilləsində qərarlaşan milli komandalar yarımfinal mərhələsinə yüksəlib. -a istinadən xəbər verir ki, DÇ-2026-nın 1/4 final mərhələsinin oyunlar

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Qarışıq döyüş növləri (MMA) üzrə tanınmış braziliyalı idman ustası Mişel Pereyranın UFC karyerasına nöqtə qoyulub. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə "MMA Fighting" nəşrinin insayderi Gilyerme Kru

"Neftçi"dən böyükhesablı qələbə

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib. xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Serbiyanın "Radniçki Niş" kollektivi ilə üz-üzə gəlib. Gərgi

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Yusif Dursunov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb. xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyal

Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi

Rumıniyada Avropa Şahmat İttifaqının rəhbər vəzifələrinə seçkilər keçirilib. Azərtac-a istinadən xəbər verir ki, təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğu ilə növbəti 4 il müddətinə Avropa Şahmat İttifaqın

DÇ finalına bilet qiymətləri rekord qırdı - Siyahı

İyulun 19-da keçiriləcək dünya çempionatının finalında Argentina və İspaniya milliləri üz-üzə gələcək. ABŞ-ın Nyu-Cersi ştatındakı "MetLife" stadionunda baş tutacaq həlledici qarşılaşmaya biletlərə böyük tələba

Messi o məşhur şəkildən danışdı

Argentina millisinin kapitanı Lionel Messi 2007-ci ildə altı aylığında olan Lamin Yamal ilə çəkilmiş şəkil barədə fikirlərini bölüşüb.   -a istinadla xəbər verir ki, hazırda İspaniya millisinin və "Barselona"nı


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər azərbaycanda cəbhədən xəbər valyuta mezennesi son xəbər