"Sabah" və "Zirə" üçün çətin sınaq - Azərbaycan futbolu tarixi nəticəyə şahidlik edə bilər

Bu gün Azərbaycan klubları – "Sabah" və "Zirə" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyunlarına çıxacaq. Hər iki komandanın birinci matçdan sonra şansları davam edir.
Sözügedən kollektivlər mərhələ adlayacağı təqdirdə ölkə futbolu tarixində ilk yaşana bilər. Belə olan halda, ilk dəfə 3 təmsilçimiz avrokubokların pley-off mərhələsində Azərbaycanı təmsil edəcək.
Xatırladaq ki, bundan əvvəl "Qarabağ" Bolqarıstan "Ludoqorets"ini iki oyunun nəticəsində görə (8:4) darmadağın edərək Çempionlar Liqasının IV təsnifat mərhələsinə yüksəlib.
Bu nəticəni təkrarlamağa daha yaxın olan "Zirə"dir. "Qartallar"ın rəqibi Xorvatiyanın "Osiyek" komandasıdır. İlk oyun heç-heçə yekunlaşmışdı – 1:1.
Komandamız son dəqiqələrdə penaltilərdən vurduğu qol sayəsində məğlubiyyətdən xilas olmağı bacarmışdı. Rəşad Sadıqovun yetirmələrinin növbəti mərhələ şansı çoxdur. Komanda ötən illə müqayisədə hücumda daha effektiv çıxış edir. Qeyd edək ki, kollektiv son 5 oyunda 13 dəfə topu rəqib qapısından keçirməyi bacarıb. Bu da komandamızın builki üstünlüklərindən biri hesab olunur. Oyunda erkən qol məğlub tərəfin daha açıq oynamasına səbəb ola bilər.
"Sabah"ın isə növbəti mərhələ şansı daha az görünür. İlk oyunda İrlandiyada "Sent Patriks"lə bacarmayan "Sabah" üçün (1:0) Bakıdakı oyunun ağır keçəcəyi gözlənilir. Bu qənaətə gəlməyə bir neçə səbəb var.
"Sabah" son oyunlarda inamlı təsir bağışlamır. Düzdür, "Makkabi" ilə qarşılaşmada təmsilçimiz rəqib qapısından ümumilikdə 6 top keçirmişdi. Amma komandanın müdafiəsində hələ də ciddi problemlər görünməkdədir. Masazır klubunun oyununda keyfiyyətin aşağı olması, növbəti mərhələ üçün şanslarımızın daha aşağı olması ehtimalını yüksəldir. Odur ki, səfərdə sözügedən rəqibə məğlub olan komanda Bakıda azı 2 top fərqi ilə qalib gəlməlidir.
Ümumilikdə isə "bayquşlar"ın daxili çempionatda da işləri yaxşı getmir. Komanda son oyunda "Zirə"yə 0:2 məğlub olmuşdu. Odur ki, bu matçdakı məğlubiyyət Krunoslav Renduliçin komandadakı yerini "laxlada" bilər.
Məlik Məlikov,
KONKRET.az

İdman       Tarix: 16 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az cəbhədən son xeber xeber xəbərlər.com