"Sabah vuruşmalıyıq ki, istədiyimiz nəticəni əldə edək"
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada Ukrayna millisi ilə qarşılaşacaq.
KONKRET.az xəbər verir ki, millimizin müdafiəçisi Elvin Cəfərquliyev oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Sabah çox yaxşı komandaya qarşı oynayacağıq. Müəyyən təlimatları almışıq, rəqibi analiz etmişik. Çox vaxtımız yox idi ki, bu oyuna hazırlaşaq. Amma sabahkı matça komanda olaraq yaxşı hazırlaşıb, tam konsentrasiya olub, maksimum nəticə nədirsə, onun üçün üçün çalışacağıq".
– Fransa ilə çətin oyundan sonra Krakova gəlmisiniz. Bərpa oluna bilmisiniz?
– Çox da vaxtımız yoxdur. Amma düşünürəm ki, komanda olaraq yaxşı bərpa olmuşuq. Əsas odur ki, psixoloji hazır olaq. Fransa ilə görüşdə çox yorulmuşduq. Yaxşı mübarizə apardıq. Sabah da yaxşı oyun olacaq. Fransa ilə oyunu götürsək, sabahkı görüşdə daha da yorulacağıq. Rəqibi tanıyırıq. Yaxşı komandamız var. Sabah həm ağıllı, həm də özümüzə inamlı şəkildə çıxış etməliyik.
– Bakıda Ukrayna ilə 1:1 oynamışdınız və matçın ən yaxşısı idin. Həmin görüşdəki heç-heçə sabahkı matça təsir edəcək? Sizin üçün yaxşı motivasiyadır?
– O oyundan sonra Fransa ilə də oynamışıq. Yaxşı çıxış etmişdim. Amma Ukraynadan əsas olan xal almağımız idi. Öz performansımı kənara qoyuram, əsas komandadır. Motivasiyamız var, özümüzə inamlıyıq. Sabah çox vuruşmalıyıq ki, istədiyimiz nəticəni əldə edək. Qrupda çox çətin komandalar var. Ona görə də sabah qazanacağımız xal, qalibiyyət qrupdakı yerimizi dəyişə bilər. Bunun da ayrıca motivasiyası var.
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA