"Sabah"ın oyunçuları sanki "Bavariya"nın futbolçuları idi"
Serbiya mətbuatında "Partizan" klubunu sərt tənqid edən yazı dərc olunub.
KONKRET.azxəbər verir ki, buna Belqrad təmsilçisinin Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında "Sabah"a məğlubiyyəti (0:2) səbəb olub.
"Republika" qəzeti bu uğursuzluğu "Partizan"ın avrokuboklardakı növbəti biabırçılığı kimi qiymətləndirib. Qəzet yazıb: "Serbiya komandasının fonunda azərbaycanlı oyunçular elə görsənirdilər ki, sanki "Bavariya"nın həyətində həvəskarlara qarşı oynayan futbolçulardır. Belə pis vəziyyətdə olan "Partizan"ı çoxdandır görmürdük. Komandanın heç bir ideyası, planı, kəskin hücumu yox idi. Top üstünlüyü 30 faizə qarşı 70 faiz, zərbə göstəricisi isə 2-yə qarşı 14 zərbə ilə "Sabah"ın xeyrinə oldu. Bu, serb azarkeşlərin qəbul etməkdə çətinlik çəkəcəyi faktdır.
"Partizan"ın yeganə işıqlı nöqtəsi qapıçı Aleksandar Yovanoviç idi. O, penaltini dəf etsə də, buraxılan qollar zamanı heç nə edə bilmədi".
Qəzet yazır ki, "Sabah"ın oyunçuları toparlansaydılar, hesab daha böyük ola bilərdi: "İqor Dulyay ("Partizan"ın baş məşqçisi) məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərinə götürsə də, uğursuzluğun səbəbini məntiqli izah edə bilmədi. Məsuliyyət həmişə onun üzərindədir, amma bununla heç nə dəyişmir. Ortada isə fəlakətli nəticələr var. "Partizan"nın Konfrans Liqasının qrupuna düşməməsi faciə olacaq.
O, tezliklə toparlanmalı və Azərbaycan komandasını nokauta göndərməyin yolunu tapmalıdır. "Partizan" bunu etməyi bacarır. Əks halda Dulyayın məşqçi kreslosu laxlayacaq. "Partizan" ən azı öz imici naminə qələbə qazanmalıdır. Digər nəticələr isə Belqradın böyük adı olan komandasının yolu deyil".
Xatırladaq ki, "Partizan"la "Sabah" arasında cavab oyunu avqustun 17-si Belqradda keçiriləcək.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi