Sabiq nazirin ölümü ilə bağlı SİRLƏR AÇILIR – Hadisədən əvvəl kimlərlə görüşüb?

Sabiq nazirin ölümü ilə bağlı SİRLƏR AÇILIR – Hadisədən əvvəl kimlərlə görüşüb?Türkiyədə sabiq deputat və nəqliyyat naziri, Süleymançılar dini cərəyanının keçmiş lideri Arif Əhməd Dənizoğlunun 2016-cı ildə baş verən müəmmalı ölümü ilə bağlı araşdırma yenidən başladılıb.
KONKRET.azGlobalinfo.az bildirir ki, Bakırköy Prokurorluğunun məlumatına görə, Dənizoğlunun ölümündən sonra aparılan məhkəmə-tibbi ekspertizasının nəticələri ilə bağlı şübhələr yaranıb.
Bu səbəbdən avqustun 19-da sabiq nazirin İstanbulun Karacaahmet qəbiristanlığındakı məzarı açılıb və meyiti ekshumasiya edilib.
Dənizoğlu 1995-ci ildə Nəcməddin Ərbəkanın rəhbərlik etdiyi Rifah Partiyasından Türkiyə parlamentinə deputat seçilib. O, 1998–1999-cu illərdə nəqliyyat naziri vəzifəsində çalışıb.
Sabiq nazir Süleymançılar hərəkatının banisi Süleyman Hilmi Tunahanın nəvəsi olub. Onun ölümündən sonra hərəkatın rəhbərliyi bacısı oğlu Əlihan Kurişə keçib. Kuriş ötən həftə həbs edilib. Onun evində 200 kiloqram qızıl külçəsi və milyonlarla dollar dəyərində çeklərin aşkarlandığı bildirilir.
Dənizoğlunun ölümünün mümkün qətl olması ilə bağlı iddiaları hərəkatın banisinin digər nəvəsi, keçmiş deputat Fatih Süleyman Dənizoğlu da dəfələrlə gündəmə gətirib. O, illər ərzində istintaq orqanlarına müraciət etsə də, araşdırma kifayət qədər sübut olmadığı üçün başlanmayıb.
Məsələni Türkiyənin tanınmış jurnalisti və "Hürriyet" qəzetinin köşə yazarı Abdulkadir Selvi də gündəmə gətirib. Onun yazısından bir gün sonra prokurorluq araşdırmaya başlayıb.
Selvi haqqin.az-a açıqlamasında bildirib ki, Dənizoğlunun cəsədinin ölümündən yalnız 36 saat sonra aşkarlanması ciddi şübhələr doğurur. Jurnalistin sözlərinə görə, Dənizoğlu həyatının son günlərində Süleymançılar hərəkatının maliyyə sistemi ilə FETÖ arasında əlaqələr aşkar etmiş ola bilər.
İddialara əsasən, o, Antalyada hərəkatın əsas şəxsləri ilə görüş zamanı "Siz mənə xəyanət etdiniz. Bu gündən etibarən sizinlə deyiləm", deyərək toplantını tərk edib və Beykoz rayonundakı evinə gedib. Bir müddət sonra onun beyin qanamasından öldüyü açıqlanıb.
Dənizoğlunun ölümü həmin vaxt məhkəmə-tibbi ekspertizası tərəfindən "təbii ölüm" kimi qiymətləndirilib. Lakin onun qardaşı və qardaşı oğlu bu qərara illərlə etiraz ediblər.
Selvinin sözlərinə görə, sonradan sabiq nazirin meyitini araşdıran məhkəmə-tibbi ekspertlər arasında FETÖ üzvü kimi həbs olunan həkimlərin varlığı üzə çıxıb.
Bununla yanaşı, Süleymançılar hərəkatının Almaniyadakı fəaliyyəti də araşdırmanın diqqət mərkəzindədir. Selvi bildirib ki, hərəkatın Almaniyada təxminən 300 məscidi və çoxsaylı şirkətləri var. Təşkilatın Köln şəhərində təxminən 70 milyon dollar dəyərində mərkəzi ofis inşa etdiyi də qeyd olunur.
Jurnalist həmçinin 2023-cü ildə Süleymançıların Köln şəhərində keçirilən 50 illik yubiley tədbirində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və şəhər merinin iştirak etdiyini xatırladıb.
Selvinin fikrincə, Süleymançılar hərəkatının xarici kəşfiyyat xidmətləri ilə mümkün əlaqələri davam edən araşdırma çərçivəsində aydınlaşdırılmalıdır.
"Mənim fikrimcə, Süleymançılara qarşı keçirilən əməliyyat Türkiyəyə qarşı əməliyyatlar həyata keçirməyə çalışan beynəlxalq kəşfiyyat xidmətlərinə də bir siqnaldır", – jurnalist vurğulayıb.

Hadisə       Tarix: 23 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Məhkəmə kafe sahibini bıçaqlayan şəxslərlə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkbər Bəşirov, Ömər Kərimov və Həsən Bəhmənovun (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta məzənnələri cəbhədən son görüntülər cəbhədən xəbər xabarlar