Şabranda baş verən yanğınla əlaqədar bir nəfər məsuliyyətə cəlb edildi
Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Şabran RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.
Belə ki, rayon sakini Elnur Nuriyev ona məxsus əkin sahəsindən keçən elektrik naqillərində və işıq dirəyində problem olmasına baxmayaraq heç bir tədbir görməyib, eləcə də aidiyyatı qurumları məlumatlandırmayıb.
Polis əməkdaşları tərəfindən E.Nuriyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib və araşdırılması üçün aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə göndərilib.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
"Xankəndi" klubunda yeni təyinat