ŞAD XƏBƏR: Banklar bu şəxslərə aşağı faizlə kredit verəcək?
Son illər bank sektorunda müştərilərin kredit tarixçəsinə verilən önəm daha da artıb. Xüsusilə, kredit ödənişlərini vaxtında edən və gecikməyə yol verməyən şəxslər gələcəkdə daha sərfəli şərtlərlə borclanmaq imkanına sahib ola bilərlər.
Bəs maliyyə intizamı yüksək olan vətəndaşlara banklar növbəti kreditləri daha aşağı faizlə təqdim edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, gecikməsi olmayan müştərilərə aşağı faizlə kredit verilməsi mümkündür.
Onun sözlərinə görə, bu məsələ birbaşa bankın kredit siyasətindən asılıdır:
"Əgər həmin anda müştəri bankın kredit siyasətinə uyğundursa, ona daha aşağı faizlə kredit təklif oluna bilər. Yəni ola bilər ki, müştəri əvvəlki kreditlərini çox yaxşı ödəyib. Amma eyni zamanda bazarda kredit dərəcələri artıbsa, bu halda bank ona aşağı faiz tətbiq etməyə bilər. Buna baxmayaraq, belə sistem banklarda mövcuddur".
Ekspert qeyd edib ki, banklar adətən maliyyə intizamına riayət edən müştəriləri daha etibarlı hesab edir və bu da gələcək kredit şərtlərinə müsbət təsir göstərə bilər.
Aynurə İsmayıl
KONKRET.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?