"Sadəcə filmdir" deyirik, amma... – Ekrandakı görüntülər bizə necə təsir edir?
Film izləmək çoxları üçün sadəcə istirahət vasitəsidir. Bəzən komediyaya baxıb saatlarla gülür, dramdan sonra kədərlənir, qorxu filmindən sonra isə evdəki ən adi səsə belə şübhə ilə yanaşırıq.
Maraqlıdır ki, bu reaksiyalar yalnız filmin özündən zövq almaqla məhdudlaşmır. Elmi araşdırmalar göstərir ki, izlədiyimiz görüntülər və hekayələr əhvalımıza, emosional vəziyyətimizə və bəzi sosial reaksiyalarımıza təsir göstərə bilər.
azxeber.com xəbər verir ki, filmlərin insan emosiyalarına təsirini araşdıran 45 tədqiqatın daxil edildiyi meta-analizdə ümumilikdə 6 675 iştirakçının nəticələri qiymətləndirilib. Araşdırmanın nəticələrinə görə, film parçaları həm müsbət, həm də mənfi emosional vəziyyət yaratmaqda kifayət qədər güclü vasitədir. Xüsusilə kədər, qorxu və digər mənfi emosiyaları yaradan səhnələrin insanın əhvalına təsiri nəzərəçarpacaq olub.
Film bitir, amma yaratdığı hiss dərhal bitmir
İnsan filmdəki hadisələri yalnız görmür, onları müəyyən mənada emosional olaraq yaşayır. Gərgin səhnədə ürək döyüntüsünün dəyişməsi, kədərli səhnədə kövrəlmək və komik səhnədə gülmək bunun gündəlik nümunələridir. Araşdırmalarda film səhnələrinin insanlarda yalnız subyektiv emosiyalar yaratmadığı, bəzi hallarda ürək döyüntüsü və dəri keçiriciliyi kimi fizioloji reaksiyalarla da müşayiət olunduğu göstərilib. Yəni ekranda baş verən hadisə real olmasa da, beynin və orqanizmin verdiyi emosional reaksiya tamamilə real ola bilər.
Niyə bəzi filmlər bizi günlərlə düşündürür?
Burada əsas amillərdən biri insanın hekayəyə nə qədər "daxil olmasıdır". Personajın yaşadığı hadisə tamaşaçıya yaxın gəlirsə, izləyici onunla özünü eyniləşdirə və personajın hisslərini anlamağa çalışa bilər. 2023-cü ildə dərc olunan sistematik icmalda film və bədii əsərlərin izlənilməsinin sosial idrak, o cümlədən empatiya və başqalarının düşüncə və hisslərini anlamaqla əlaqəli ola biləcəyi araşdırılıb. Müəlliflər təsirin insanın xüsusiyyətlərindən, filmin məzmunundan və filmə baxdıqdan sonra aparılan müzakirələr kimi əlavə fəaliyyətlərdən asılı olduğunu vurğulayıblar.
Bu səbəbdən bəzi filmlər sadəcə iki saatlıq əyləncə olaraq qalmır. İnsan filmdəki personajın yaşadığı hadisəni öz həyatı ilə müqayisə edə, müəyyən qərarlar və münasibətlər barədə düşünə bilər.
Bəs zorakılıq səhnələri?
Filmlərin təsiri yalnız müsbət emosiyalarla məhdudlaşmır. Zorakı media məzmununa məruz qalma ilə aqressiv düşüncə, hiss və davranışlar, fizioloji oyanıqlığın artması və prososial davranışların azalması arasında əlaqə olduğunu göstərən çoxsaylı tədqiqatlar mövcuddur. Bununla belə, bu nəticələri "zorakı filmə baxan hər kəs aqressivləşir" kimi sadələşdirmək düzgün deyil. İnsan yaşı, şəxsiyyət xüsusiyyətləri, sosial mühit və məzmunun konteksti kimi müxtəlif amillər də rol oynayır.
Musiqi və səslər də təsirsiz deyil
Filmdəki emosiyanı yalnız aktyorların oyunu yaratmır. Musiqi, səs effektləri və ümumi səs dizaynı da tamaşaçının səhnəni necə qəbul etməsinə təsir edə bilər. Araşdırmalar göstərir ki, filmlərdə fon musiqisi tamaşaçının diqqət proseslərinə və ekrandakı məlumatın qavranılmasına təsir göstərə bilər. Musiqi həmçinin insanın hekayəyə daha çox "dalmasına" və səhnənin emosional təsirinin güclənməsinə kömək edə bilər.
Niyə eyni film iki insana fərqli təsir edir?
Eyni filmə baxan iki insanın tamamilə fərqli reaksiya verməsi təsadüfi deyil. Bir insan qorxu filmini əyləncəli hesab edə bilər, digəri isə həmin səhnələrdən sonra narahatlıq keçirə bilər. Bunun səbəbləri arasında şəxsi təcrübələr, xarakter xüsusiyyətləri, emosional həssaslıq və filmin mövzusunun insan üçün nə qədər tanış və ya yaxın olması dayanır. Araşdırmalar da əyləncə seçimlərinin şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli olduğunu göstərir. 3 mindən çox insanın iştirak etdiyi araşdırmada müxtəlif film və əyləncə janrlarına üstünlük ilə şəxsiyyət xüsusiyyətləri arasında əlaqələr müəyyən edilib.
Film izləməyi yalnız "boş vaxt keçirmək" kimi qiymətləndirmək tam doğru deyil. Ekranda gördüyümüz hekayə müəyyən müddət ərzində emosional vəziyyətimizi dəyişə, diqqətimizi yönəldə və bəzi hallarda başqalarının hisslərini anlamağımıza təsir göstərə bilər.
Fəridə Əsədzadə
Kurslar.az kurslar [newsid: 0-123300]

Zəngəzur dəhlizi ilə bağlı İrəvandan təcili addım – BAŞLADI
Astarada bir nəfər dənizdə batıb
Qızıl daha da bahalaşacaq – Qiymət bu həddə çata bilər
Poqba klubsuz qaldı
"Qarabağ"da daha bir itki
Qusarda ağır qəza: ölən var
Azərbaycanda mina qurbanlarının sayı açıqlanıb - STATİSTİKA
İran Avropadakı ABŞ obyektlərinə zərbələr endirməyə HAZIRLAŞIR — Şok plan üzə çıxdı
Yalı çapkını'nın ulduzlarının övladı olacaq
Ermənistan yaxın 5 ildə Azərbaycanla sülhü rəsmiləşdirməyə hazırlaşır
"Həmin mahnını elə-belə yazmışdım" - Səbinədən etiraf
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq
ABŞ-İran münasibətlərində gərginlik artır: "Danışıqların dayanmasından söhbət gedə bilməz