"Sağ olsunlar, namizəd olduğum dairədən namizəd vermədilər" - Partiyalar arasında seçki anlaşması?

Seçki həm də rəqabət, siyasi mübarizədir. Amma bəzən siyasi güclər seçkilərdə daha uğurlu kampaniya aparmaq məqsədilə koalisiyalar yaradırlar.
Maraqlıdır, siyasi partiyalar konkret dairələr üzrə koordinasiyalı fəaliyyət göstərə və şansı daha yüksək qiymətləndirilən namizədin xeyrinə bir-birlərinə güzəşt edə bilərlərmi?
Bununla bağlı KONKRET.azbəzi partiyaların mövqeyini öyrənib.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa belə bir əməkdaşlıq formasında problem görmədiklərini deyib:
"Hər partiya özü mojaritar seçki isteminin tələbinə uyğun olaraq daha güclü namizədlərin kampaniyasına daha çox diqqət yetirir. Əslində biz heç başqa dairələrdən də namizəd irəli sürməmişik. Hansi dairədən qalib gələ biləriksə, o dairələr üzrə işləyirik. Amma hansısa partiya ilə əməkdaşlıq edə bilərik. Yəni hansısa dairədə, hansısa partiyanın namizədinin şansları daha yüksək qiymətləndirilərsə, bununla bağlı əməkdaşlıq formasını tapmaq olar. Bu məsələdə heç bir problem yoxdur. Amma seçkilərdə hansısa partiyalarla koalisiyaya getməyi nəzərdə tutmuruq".
REAL Partiyasının sədri Natiq Cəfərli müstəqillik dönəmindən bəri siyasi partiyaların yaratdığı seçki birliklərinin iğurlu olmadığını xatırladıb:
"Təəssüf ki, ölkəmizdə seçki ittifaqları ilə bağlı müsbət örnəklər çox azdır. Lakin, funksional əməkdaşlıq örnəkləri var. REAL Partiyası bu günə qədər heç bir koalisiyada olmayıb. Yəqin ki, bundan sonra da olmayacaq. Çünki biz öz ideoloji xətimizi ilk gündən şəffaf şəkildə açıqlayan partiyayıq. Yəni bu siyası xəttə və ideoloji duruşa üstünlük verənlər varsa, zatən REAL Partiyasına gəlirlər. Başqa siyasi partiyaların isə məqsəd və ideoloji xətlərini açıq şəkildə elan etdiklərini görməmişik. Düşünürəm ki, birliklər şəxslər ətrafında olmamalı, ideoloji platformalar, yol xəritələri üzərində qurulmalıdır. Təəssüf ki, Azərbaycanda belə bir ənənə formalaşmayıb. Amma dediyim kimi funksional əməkdaşlıq mümkündür. REAL Partiyası bir qayda olaraq seçkiləri baykot edən, nə istədikləri bilinməyən partiyalar istisna olmaqla, seçkilərə qatılan bütün partiyalarla funksional əməkdaşlığa, diskussiyalara açıqdır. Son zamanlar bizim bir çox partiyalarla internet televiziyalarda debatlarımız, şəxsi görüşlərimiz olub. Amma, bu təmaslar seçki kontekstində deyil. Çünki biz bu seçkilərdə hansısa koalisiya qurmaq fikrində deyilik".
Budəfəki seçkilərdə partiyaların hansısa ittifaqının qurulmadığını xatırladan Ağ Partiya başqanı Tural Abbaslı bununla belə, müəyyən məqamların nəzərə alındığını da gizlətməyib:
"Bu seçkilərdə partiyalar arasında hər hansı bir birlik, blok formalaşmadı. Partiyalar seçkilərə təkbaşına qatılmağı üstün tutdular. Ağ Partiya da eynilə belə davrandı. Düzünə qalsa, seçkilərə birgə getməklə bağlı bizə müraciət edən də olmadı. Ağ Partiya da kiməsə müraciət etmədi. Biz öz namizədlərimizi müəyyənləşdirdik və sənədləri dairələrə təqdim etdik. Təbii ki, bəzi müttəfiq və dost partiyalar var idi ki, biz onların sədrlərinin namizəd olduğu dairələrdən namizəd vermədik. Sağ olsunlar, onlar da mənim namizəd olduğum dairədən namizəd irəli sürmədilər. Bu danışıqsız anlaşma idi. Amma əməkdaşlıq hər zaman mümkündür. Seçkilərə qədər də, seçki günü də funksional əməkdaşlıq mümkündür. Mümkündür ki, hansısa məntəqələrdə müşahidəçilərimiz bir-biri ilə informasiya mübadiləsi aparsın, bir-birimizə dəstək verək, bir-birimizin namizədlərinin hüquqlarını qoruyaq. Amma fundamental əməkdaşlıq və ya seçkilərə birgə qatılmaq niyyəti yoxdur. Zatən cəmiyyətdə seçki ajiotajının olmaması partiyalar arasında birgə əməkdaşlığa neqativ anlamda təsir edir".
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə hesab edir ki, seçki yarışında partiyaların birgə fəaliyyəti uğur gətirə bilər:
"Seçki siyasi mübarizədir və bu prosesdə ayrı-ayrı təşkilatların, siyasi partiyaların birgə fəaliyyət göstərməsi bir çox hallarda uğur gətirə bilir. Azərbaycanın siyasi tarixində də belə hallar olub. Bəzi seçkilərdə bir sıra təşkilatlar bir mərkəzdə təmərküzləşərək ortaq fəaliyyət göstəriblər. Siyasi partiyalar arasında ikitərəfli və çoxtərəfli müqavilələr imzalanıb. Hətta ayrı-ayrı namizədlərin fəaliyyətlərinin birgə koordinasiya edilməsi ilə bağlı razılaşmalar olub. İndi isə seçkilərin ilkin mərhələsidir, imzatoplama kampaniyası gedir. Məndə olan məlumata görə, ayrı-ayrı partiyalar imzatoplama kampaniyalarında bir-birlərinə kömək ediblər. Bu proses davam etməkdədir. Namizədlər qeydə alındıqdan sonra təbliğat mərhələsi başlayır. Bu mərhələ partiyalar arasındakı münasibətlərin mənzərəsini ortaya qoyacaq. AMİP seçkilərə qatılmış istənilən siyasi təşkilatlarla birgə mövqe nümayiş etdirməyə açıqdır".
Natiq Səlim
KONKRET.az

Siyasi       Tarix: 25 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler azerbaycan xeberleri son xeberler hava haqqinda kriminal xeber sou xeberler bugun qurban bayrami 2026