Növbəti "Sıfır Tullantı" həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətiləQırmızı Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii SərvətlərNazirliyinin tərəfdaşlığı ilə növbəti "Sıfır Tullantı" həmrəylik marafonukeçirilib.
Xaçmaz rayonunun İstisu qəsəbəsində Xəzər sahil zolağında baş tutan aksiyada ümumilikdə 847 kiloqram məişət tullantısıtoplanaraq aidiyyatı üzrə təhvil verilib. Xəzər dənizinin sahilyanı ərazilərinintəmizlənməsinə Kapital Bank-ın Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edənfilial şəbəkələrindən 57 nəfər əməkdaş könüllü olaraq qoşulub.
Aksiyanın əsas məqsədi cəmiyyətə tullantılarındüzgün idarə olunmasının və ətraf mühitin təmiz saxlanmasının vacibliyiniaşılamaq, eyni zamanda sahilyanı bölgələrin ekoloji vəziyyətinə diqqət çəkməkdir.
Layihə barədə fikirlərini qeyd edən Qırmızı ÜrəklərFondunun prezidenti Yusif Poladov bildirib ki, Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin 2024-cü il üçün elan etdiyi "Yaşıl Dünya NaminəHəmrəylik İli"ndə Qırmızı Ürəklər Fonduvə Kapital Bank tərəfindən start götürən bu marafon mütəmadi olaraq həyatakeçirilir. Məqsəd cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığındaha da artırılması, eyni zamandasahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək,bu ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, hər kəsitəbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq etmək marafonun əsas hədəflərindəndir.
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraqfəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdəianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi,ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətinhəssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ınali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərəksözügedən mövzularda dəstək olmaq üçün saytına daxil olabilərsiniz. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır