Şagirdləri bütün gecəni qan axtardılar' - Qəzada ölən müəllimin acı hekayəsi

Şagirdləri bütün gecəni qan axtardılar' - Qəzada ölən müəllimin acı hekayəsi"Qəzadan sonra Bakıdan gələn təcili yardıma yerləşdiriləndə bilmirdik bizi eşidir, hiss edir? Bizə baxıb "əla" işarəsi göstərdi. Demək istədi ki, hər şey yaxşı olacaq..."
azxeber.com xəbər verir ki, bunu lent.az-a Zaqatalada ağır qəzaya düşən və bir gün sonra dünyasını dəyişən müəllim Elçin Bədirovun iş yoldaşı Könül müəllimə deyir.
Dünən Zaqatala rayonunun Əliabad kəndindən keçən hissəsində yük maşını ilə minik maşını toqquşub. Nəticədə isə 4 nəfər xəsarət alıb. Elçin Bədirov ağır yaralanıb... Onu xilas etmək mümkün olmayıb....
Hər kəs tərəfindən çox sevilən müəllimi itirmək onu tanıyanları sarsıdıb. Çox az yaşamaq ehtimalı olan müəllimi sağaltmaq üçün bir gecədə 10 min manat toplanıb...
Könül xanım Elçin müəllimlə bağlı xatirələrini bölüşür:
- Bizim xatirələrimiz çoxdur axı (ağlayır). Tək özümdə yox, uşaqlar, müəllimlər, valideynlər... İnsan yaxınını itirəndə ürəyi ağrıyır. Elçini də itirmək də elə bir hisdir.
Gözəl ailə başçısı, gözəl valideyn, gözəl müəllim. Nə qədər yaxşı söz varsa, onun haqqında demək olar. Azərbaycan dili və Ədəbiyyat müəllimi idi. 7 ildir ki, tanışıq. Kurs açılandan burda idi. Özü eyni zamanda Əliabad 2 nömrəli məktəbdə də işləyirdi. Həm çox tələbkar, ciddi, həm də zarafatcıl idi. Yerini bilən, savadlı müəllim. Onun şagirdləri həmişə yüksək nəticə toplayırdı.
Elçin müəllim bu dünyada 2 övlad qoyub getdi. Onlarda biri isə hələ doğulmayıb...
- Ailə üzvləri Bakıda idi, indi gəlirlər, Şamaxıya çatıblar. Biz də burda gözləyirik. Özünün cənazəsini buraxmayıblar. Ailəsi Zaqatala rayonunun Əliabad kəndində yaşayırdı. 3 qardaşdırlar. Elçin müəllimin 1 yaş yarımlıq qızı var. Həyat yoldaşı da 3 aylıq hamilədi. O da müəllimdi. 
Sevilən müəllim. Onun yaşaması üçün tək qan qohumları yox, dərs keçdiyi şagirdlər də mübarizə aparıb. Bütün gecə onu sağaltmaq üçün qan axtarıblar...
- Qəzadan sonra Bakıdan gələn təcili yardıma yerləşdiriləndə bilmirdik bizi eşidir, hiss edir? Bizə baxıb "əla" işarəsi göstərdi. Demək istədi ki, hər şey yaxşı olacaq... Amma olmadı onu itirdik.
Dünən gecə bütün tələbələri onun üçün qan axtarırdı ki, sağalsın. Halbuki sadəcə bir faiz sağalma ehtimalı var idi...
Bütün tələbələrini onun ölümü sarsıdıb. Amma bir şagirdi onun haqqında daha təsirli yazır:
- Bir dəfə nədənsə söhbət düşəndə Elçin müəllim demişdi ki, siz "sirat körpüsü"ndən keçəndə mən cənnətdə ağacın altında uzanmış olacam. Suallara cavab verə bilməsəniz, adımı verib keçərsiniz.

Sosial       Tarix: 14 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər bugun xeberler cəbhədən son durum xeber saytlari