"Şahdəniz"də emissiyaların azaldılmasına yönələn yeni layihəyə start verildi

"Şahdəniz" layihəsinin tərəfdaşları "Şahdəniz Alfa" (ŞDA) platformasının enerji təchizatını sualtı kabel vasitəsilə "Şahdəniz Bravo" (ŞDB) platformasından əldə etməsinə imkan yaradacaq yeni layihənin müəyyənləşdirilmə mərhələsinə başlayır.
Bu barədə KONKRET.az-a "Şahdəniz" yatağının operatoru olan "BP-Azerbaijan" şirkətindən məlumat verilib.
Bildirilir ki, bu layihə ŞDA platformasının əməliyyat emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq və platformanı dayanıqlı, uzunmüddətli və etibarlı enerji ilə təmin etməklə onun istismar səmərəliliyini artıracaq.
ŞDA platformasının elektrik enerjisi hazırda həm qaz, həm də dizel yanacaq mühərrikləri ilə işləyə bilən beş əsas elektrik generatoru vasitəsilə təchiz edilir. Yeni layihə 2024-cü ildə işə başlayandan sonra mövcud generatorlar istismardan çıxarılacaq.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu, həmçinin Rusiya, Misir və Oman üçün layihələr üzrə vitse-prezidenti Kahal Kelli deyib: "Layihə ildə təxminən 20 kte CO2 səviyyəsində Əhəmiyyətli Emissiya İntensivliyi (SER) təmin edəcək ki, bu da nəticədə ŞDA platformasından ümumi karbon qazı tullantılarının həcmini azaltmaqla bizim və "Şahdəniz" tərəfdaşlarının dekarbonizasiya səylərinə töhfə verəcək. Bu isə nəticədə neft və qaz əməliyyatlarımızın emissiyalarını azaltmaq məqsədimizə çatmaq üçün sanballı bir töhfədir. Eyni zamanda, bu layihə 2050-ci ilə qədər və ya daha tez xalis sıfır emissiya səviyyəsinə nail olmaq üçün əməliyyatlarımızdan yaranan emissiyaları əhəmiyyətli dərəcədə azaltmaq üzrə qlobal hədəfimizə uyğundur. Bundan əlavə, layihə ŞDA platformasının istismar səmərəliliyini artırmaqla və kommersiya qaz həcmlərinin nəqlində fasilələrin yaranması riskini azaltmaqla bir çox digər məqsədlərimizə çatmağa yardım edəcək".
Yeni layihə çərçivəsində "Şahdəniz" tərəfdaşları bu yaxınlarda "SOCAR-KBR" birgə müəssisəsi ilə ilkin texniki layihələndirmə (FEED), dövri texniki xidmət üzrə mühəndis işləri və təchizat üzrə dəstək xidmətləri üçün müqavilə bağlayıb.
5,7 milyon ABŞ dollarlıq bu müqavilənin ümumi iş həcminə ŞDA platformasındakı mövcud əsas elektrik generatorlarının istismardan çıxarılması üçün FEED xidmətləri və sualtı kabel vasitəsilə ŞDB platformasından enerji təchizatı sisteminin yaradılması daxildir. Bu layihə yerli resurslardan istifadəni maksimuma çatdırmaq üçün "SOCAR-KBR" birgə müəssisəsinin Bakı ofisi tərəfindən icra olunacaq.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və 1999-cu ildə kəşf olunan "Şahdəniz" yatağı BP şirkəti tərəfindən bu vaxtadək aşkar edilmiş ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir və təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatına malikdir. Bu vaxtadək "Şahdəniz" yatağından ümumilikdə 164 milyard standart kubmetrdən çox qaz və 37 milyon tondan artıq kondensat hasil edilib.
Hazırda yataqdan gündə təxminən 70 milyon kubmetr qaz və 105 min barel kondensat hasil olunur.
"Şahdəniz" yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlayıb. Birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetrdən artıq qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. "Şahdəniz"in ikinci mərhələsi 2018-ci ildən hasilata başlayıb və sabit ən yüksək hasilat zamanı ildə 16 milyard kubmetr qaz əlavə etməklə yatağın ümumi qaz hasilatını ildə 26 milyard kubmetrə çatdıracaq.
"Şahdəniz 2" çərçivəsində hasil olunan qaz 2018-ci ilin iyun ayından Türkiyəyə ixrac olunur. Türkiyəyə ixrac hazırda sabit ən yüksək səviyyəyə çataraq ildə 6 milyard kubmetr təşkil edir. Cənub Qaz Dəhlizinin 2020-ci ildə tam başa çatması ilə "Şahdəniz" qazı Avropaya nəql olunmağa başlanıb.
"Şahdəniz" üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), "Lkoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), "Cənub Qaz Dəhlizi" (6,67 %).

Sosial       Tarix: 14 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Ölümündən sonra təltif edilən polkovniklər

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır. . Tibb xidməti polkovnik-leytenantı Abdullaye

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Yuxu zamanı fərq edilmədən baş verən diş sıxma və diş qıcama vərdişi təkcə dişlərə deyil, çənə oynaqlarına və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. -a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki

Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşuradır. xəbər verir ki, Aşura günü iyunun 25-nə təsadüf edir. QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasu

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Azərbaycanda iyunun 24-də bəzi yerlərdə havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd

​Xəzər insanları "udur": batmamaq üçün nə etməli?

Hər il yay mövsümünün gəlişi ilə Xəzər dənizində bədbəxt hadisələrin və boğulma hallarının sayı kəskin şəkildə artır. İsti hava şəraitində sərinləmək üçün çimərliklərə axışan yüzlərlə insan təəssüf ki, bəzən suyun gizli təhlükələrin

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Babək prospektində qeydə alınıb. Belə ki, BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilib. xəbər verir ki, 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətil

Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ

Qızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər


azerbaycan xeberleri son xeberler yeni xeberler krminal bu gun son xeberler 2026 idman xeberleri son xəbər