Sahibkarlara şad xəbər: 3 işçi tələbi yığışdırılır

Sahibkarlara şad xəbər: 3 işçi tələbi yığışdırılırNövbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikro sahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilir.
azxeber.com xəbər verir ki, bu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Qeyd edilən xidmət sahələri aşağıdakılardır:
- Proqram təminatının işlənməsi;
-layihə-dizayn və dekorasiya sahəsində xidmətlər;
- tərcümə xidmətləri;
- reklam xidmətləri;
- araşdırma və tədqiqat sahəsində fəaliyyət;
- elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
- Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
- Jurnalistlərin fəaliyyəti;
- Bazar konyukturunun öyrənilməsi;
- Qiymətləndirmə fəaliyyəti;
- Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla sifarişlərin çatdırılması və kuryer xidməti;
- Turizm bələdçiliyi;
- İxrac xidməti.
Xatırladaq ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azad edilib.
Əlavə edək ki, təklif edilən güzəştlər yalnız fiziki şəxslərə aiddir, hüququ şəxslər isə əvvəlki qaydada (yəni il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamaq) şərtləri yerinə yetirdikdən sonra güzəştlərdən istifadə edə biləcəklər.
Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

İqtisadiyyat       Tarix: 20 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

"Trendyol"da "Əfsanə günlər " başlayır

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" noyabr ayının səbirsizliklə gözlənilən alış-veriş mövsümündə "Əfsanə günlər" kampaniyasın

"Marsol Minifutbol Turniri 2026"-nın püşkatma mərasimi keçirildi - FOTOLAR

13 noyabr tarixində Azərbaycan Minifutbol Federasiyasının (AMF), Marsol Sports və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) tərəfdaşlığı, QOLAT Sport Services-in təşkilatçılığı ilə "Marsol Minifutbol Turnir

Azərbaycanın broyler müəssisəsi əmlak kompleksini satmaq istəyir

Dekabrın 14-də, saat 11:00-da "Şurabad Broyler" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə ünvanınd

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni

Azercell-in "30 il səninlə" lotereyasında 2 abunəçi isə Toyota Corolla Cross qazandı

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyasında hədiyyə sevinci davam edir! Fakturasız xətt abunəçiləri arasında 11 və 17 noyabr tarixlərində keçirilən növbəti iki tirajın nəticələrin

Biznes krediti seçərkən diqqət edilməli əsas 7 məqam

Sahibkar biznesini inkişaf etdirmək, yeni avadanlıqlar əldə etmək, məhsul ehtiyatını artırmaq və ya fəaliyyət sahəsini genişləndirmək üçün əlavə maliyyə vəsaitinə ehtiyac duya bilər. Biznes krediti bu planları həyata keçirməy

City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka

Bakının mərkəzində mənzil axtaranlar üçün əsasmeyarlar yalnız qiymət və otaq sayı ilə məhdudlaşmır. Əlverişli yerləşmə, genişyaşıllıq sahələri, təmir keyfiyyəti və uyğun ödəniş şərtləri də seçim zamanımühüm rol oynayır. "Kristal"ı

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər en son xeber son xeberler azerbaycan en yeni xeberler