Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlamaSon zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələnin aktuallığını artırıb.
Belə hadisələrdən biri Bakının Xətai rayonunda, Hüseyn Rəsulbəyov küçəsində baş verib. Ərazidə sahibsiz itin ana və uşağına hücum edib.
Professor Adil Qeybulla azxeber.com-a açıqlamasında deyib ki, heyvanlar sahibsiz gəzdikdə, onların üzərində müxtəlif parazitlər, bitlər, quduzluq xəstəliyi ola bilər:
Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama"Mənə ötən dəfə bu pişiklərin  yemlənməsi ilə bağlı sual vermişdilər. Mən də cavab vermişdim ki, bu heyvanların küçələrdə sahibsiz gəzməsi düzgün deyil. Bu barədə şərhlərdə o qədər təhqirlər yazılmışdı ki… Guya bu adamlar humanistdir, amma biz isə heyvan düşmənləriyik. Mən bu adamlara başa sala bilmirəm ki, küçədə hansısa bir bit düşmüş itə qida vermək mərhəmət göstərmək deyil və məsələ bununla yekunlaşmır. Heyvanlar sahibsiz gəzdikdə, onların üzərində müxtəlif parazitlər, bitlər, quduzluq xəstəliyi və başqa şeylər ola bilər. Həmin itlər quduz şəkildə insana hücum edib, insana da bunu keçirə bilər. Ümumiyyətlə, istənilən halda küçədə sahibsiz bir it insana hücum edib, ona zərər vurub, dişləyibsə, dəriyə təmas olubsa, mütləq quduzluğa qarşı profilaktik vaksin olunmalıdır".
O qeyd edib ki, sahibsiz heyvanları kim istəyirsə, aparıb evində saxlasın:
"Ona görə də bu məsələlər öz həllini tapmalıdır. Dünyanın hər yerində heyvan saxlayanlar onu evdə saxlayır. Evdə saxlanılan heyvanların baytarı olur və insan məsuliyyət daşıyır. Onun həkimə və qulluğa ehtiyacı var. 
Bu sahibsiz heyvanları kim istəyirsə, aparıb evində saxlasın. Normalda bu heyvanlar vəhşi təbiətdə olmalıdırlar. Vəhşi təbiətdə onların öz yeri var. Onlar oranın mühüm bir tərkib hissəsidirlər. Heç kimi heyvanların əleyhinə deyil. Amma sahibsiz heyvanların küçədə boş-boş gəzməsi və ətraf üçün təhlükə yaratması ciddi məsələdir. Dünyanın necə bu işə yanaşırsa, biz də o şəkildə davranmalıyıq".
"Təəssüf olsun ki, bəzi demoqoqlar, mənasız adamlar bu işləri düzgün başa düşmürlər. Hansısa küçədə gəzən heyvana qida verməklə elə bilirlər ki, bunlar da Allah adamıdır. Heyvana məhəbbət tamamilə başqa bir şeydir. Təəssüf olsun ki, bizim insanlar onu başqa cür anlayırlar",-deyə professor bildirib.
Şahanə Ziyad

Sosial       Tarix: 31 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov

Qardaşlar arasında söz-söhbət də olar, narazılıq da. Amma qardaş elə qardaşdır. Bu birincisi. İkincisi isə heç biz də pis qardaş deyilik. Biz qardaşlığı ən yaxşı yerinə yetiririk. İnanmayan ardını oxusun. Azərbaycan öz cibində


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes