"Şahruddindən başqa, daha bir qapıçı axtarırıq" - Qurban Qurbanov

Bu qarşılaşma bizim üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Oyuna pis hazırlaşmamışıq.
KONKRET.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubuna qarşı keçirəcəkləri cavab matçından öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis çox yaxşı müdafiə olunmağı bacaran komandaya qarşı mübarizə aparacaqlarını bildirib: "Doğma meydanda ilk oyunumuzu keçirəcəyik. İlk görüşdə qələbə qazandıq. Bu bizim üçün olduqca vacib oyundur. Qalib gəlsək, UEFA Konfrans Liqasının qrup mərhələsini özümüz üçün təmin edəcəyik. Əlimizdə olan heyətlə hər oyuna hazırlıqlı olmalıyıq".
Baş məşqçi yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istədiklərini söyləyib: "Mövsümün gedişində futbolçularımızın bəziləri zədələnə bilər. Amma hazırda komandamızda zədə ilə bağlı problem yoxdur. Bildiyimiz kimi, sadəcə Musa Qurbanlı əməliyyat olunub. Başqa itkimiz yoxdur".
O, yeni qapıçı axtarışında olduqlarını da deyib: "Sonuncu dəfə Şahrudin Məhəmmədəliyevi heyətimizə qatdıq. Amma o, hazır vəziyyətdə deyil. Ümid edirəm ki, qısa zamanda hər şey yaxşılaşacaq. Biz daha bir qapıçı transfer etmək niyyətindəyik. Hətta iki gün öncə bir qapıçını heyətimizə qatmaq üzrə idik, lakin müəyyən səbəblərdən alınmadı".
Q. Qurbanov avrokuboklarda mübarizə aparan digər Azərbaycan təmsilçilərinə də uğur arzulayıb.
Qeyd edək ki, iyulun 30-da komandalar arasında oynanılacaq cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Matç saat 20:00-da start götürəcək. Cəbəllütariqdə keçirilən ilk görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu cütün qalibi III təsnifat mərhələsində "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) duelinin güclüsü ilə üz-üzə gələcək.

İdman       Tarix: 28 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

"Baş məşqçi sözünü tutmadı, layiq olmadığım aqressivlik gördüm"

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo milli komandadakı son hadisələrlə bağlı geniş açıqlama yayıb. KONKRET.azxəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edərək millini

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber.az dunyada son xeberler hava haqqinda cəbhədən canlı