"Şamaxı" "Neftçi"yə, "Qəbələ" "Karvan-Yevlax"a qarşı
Misli Premyer Liqasında 22-ci tur davam edir.
KONKRET.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə "Şamaxı" öz meydanında "Neftçi"ni qəbul edəcək. Bu komandalar arasında ilk dövrədə baş tutan qarşılaşmada qalib aşkarlanmayıb – 1:1. Hazırda "Neftçi" 30 xalla 7-ci, bölgə təmsilçisi isə 25 xalla 8-ci pillədə qərarlaşıb.
Günün ikinci matçında "Qəbələ" öz meydanında "Karvan-Yevlax"ı sınağa çəkəcək. Bu komandalar hazırda turnir cədvəlinin son iki pilləsində yer alıblar. "Qəbələ" 15 xalla 11-ci, Yevlax klubu isə 6 xalla 12-cidir. Bu komandaların ilk dövrədəki matçında bərabərlik qeydə alınıb – 1:1.
28 fevral (şənbə)
14:30. "Şamaxı" – "Neftçi"
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu
17:00. "Qəbələ" – "Karvan-Yevlax"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu
1 mart (bazar)
16:30. "Turan Tovuz" – "İmişli";
19:00. "Qarabağ" – "Sabah".
27 fevral (cümə)
"Kəpəz" – "Sumqayıt" – 3:0;
"Araz-Naxçıvan" – "Zirə" – 0:1.
Bombardirlər:
Bassalu Sambu ("Neftçi") – 9 qol;
Coy-Lens Mikels ("Sabah") – 9 qol;
Velko Şimiç ("Sabah") – 9 qol;
Emin Mahmudov ("Neftçi") – 7 qol;
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") – 7 qol;
Toral Bayramov ("Qarabağ") – 7 qol;
Karim Rossi ("Şamaxı") – 7 qol;
Dioqo Almeyda ("İmişli") – 7 qol.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA