Şamaxıda örüş sahəsi yandı
Bu gün axşamüstü Şamaxıda yanğın hadisəsi baş verib.
Rayon fövqəladə hallar komissiyasından KONKRET.az-a bildirilib ki, hadisə saat 19:30 radələrində Şamaxının Mədrəsə qəsəbəsində, Qaranohur deyilən ərazidə olub. Yanğın tezliklə 3 hektara yaxın örüş sahəsini əhatə edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şamaxı yanğından mühafizə hissəsinin şəxsi heyəti və 2 yanğınsöndürən maşını cəlb edilib. Yanğınla mübarizəyə 15 nəfərədək kənd sakini də cəlb olunub. Alovla mübarizə davam edir. Ərazi dağlıq və kol-kosluq olduğundan yanğının söndürülməsində çətinliklər yaranıb.
Hazırda yanğınla mübarizəyə Şamaxı yanğından mühafizə hissəsindən 30 nəfər şəxsi heyət və 4 yanğınsöndürən avtomaşını, habelə Ağsu rayonundan köməyə gələn 1 yanğınsöndürən avtomobil və 7 nəfər şəxsi heyət cəlb olunub.

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR