Samirə Yusifqızı: "Qızım Xalq artistinin oğlunun evlilik təklifini rədd etdi" - FOTO

Samirə Yusifqızı: Samirə Yusifqızı: "Qızım Xalq artistinin oğlunun evlilik təklifini rədd etdi" - FOTO
"Dəvəquşu kolluğa girir, başını gizlədir, arxası qalır çöldə. Elə bilir ki, onu heç kim görmür. Müğənnilərin də əksəriyyəti belədir. Etdikləri əməlləri elə bilirlər ki, ancaq özləri bilirlər. Tamaşaçıları aldatmaq mümkün deyil. Artıq hər şey sosial şəbəkədədir, gizlətmək mümkün deyil".
Bunu "Moderator"a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib. 
Samirə Yusifqızı: "Bir də görürsən ki, efirdə kiməsə maşın, ev hədiyyə olunur, gül gətirirlər. Guya camaat bilmir ki, bunu kim edir? Əlbəttə ki, özləri! Kimi aldadırlar?! Aparıcılara da reytinq lazımdır. Mənə də belə təkliflər olub, amma imtina etmişəm. Mən ucuz reklama getmərəm. Məni yetərincə xalq tanıyır və sevir. Maşının üstünə bantik də bağlayırlar. Hansı axmaq bu gün kiməsə havayı nəsə verir?! Uzaqbaşı bir ətir verər, 1500 manatlıq qızıl verər. Amma kimsə kiməsə ev, maşın hədiyyə edər?! Bəsdirin də! Özünüzü kimə göstərirsiniz, ay meymunlar?! Nə demək istəyirsiniz? Sizin hər tərəfiniz qızıldır?! Mənim elə hər yerim brilyantdır, amma heç bir kişi indiyə qədər mənə nəsə hədiyyə etməyib! Çünki heç bir yerimi kiminsə qabağında açıb qoymamışam", - deyə Samirə Yusifqızı bəzi həmkarlarına səslənib.
"Boş qalan kimi şayiə yayırlar ki, "Samirə Oqtay Kamillə danışmır, aralarında soyuqluq var". Əksinə, münasibətimiz çox əladır, yeni işlər gəlir. Bu şayiələri yayanları da bilirəm ki, kimlərdir. Kimə nə sərf edir, onu da edir. Məni 10 dəfə "öldürüb dirildiblər". Əvvəllər əsəbiləşirdim, indi fikir vermirəm. Yalandan deyirlər ki, sevgilisi var. Allaha and olsun ki, heç kimlə nə sevgiliyəm, nə də ki, yaşayıram. Neçə ildir ki, kişiləşmişəm, qadınlığı unutmuşam. Mənə heç nə lazım deyil. Evdə dörd sevgilim var, biri anamdır, biri oğlum, biri qızım, biri də nəvəm. Ondan da artıq sevgili lazımdır mənə? Kimsə gəlib məndən istifadə edəcək ki, Samirə toylara gedir, gətirsin yeyib, yatım. Onun atasının başı haqqı! Mən elə kişini özümə yaxın qoymaram. Normal, ciddi adam olsa, bəlkə də başqa məsələ! Mən heç bir kişinin ikinci saxladığı qadın olmaram! Özümə, şəxsiyyətimə hörmət edirəm. O qədər ucuz, aşağı səviyyədə deyiləm ki, gedib kiminsə yanında oturum ki, mənə nəsə versin! Onun təpəsinə dəysin! Mənə verdiyi pulla ona paltar tikərəm! Mənim heç kimin puluna ehtiyacım yoxdur. Həqiqi həyat yoldaşı, qulaq sirdaşı insana yaşlaşanda lazım olur. Amma alfons ərdənsə elə mənim kimi tək qalmaq yaxşıdır. Kül olsun o qadınların, müğənnilərin başına ki, yanında pulla kişi saxlayır. Bir meymun alıb saxlayaram yanımda, heç olmasa bilərəm ki, onunla şəkil çəkdirib, mənə pul verəcəklər", - deyə müğənni bildirib.
Samirə Yusifqızı: Samirə Yusifqızı Xalq artisti ilə quda olacağı xəbərlərinə də ilk dəfə aydınlıq gətirib:
"Bu, yalan xəbər deyildi. Xalq artisti deyəndə ki, guya mən ondan aşağı səviyyəli adam deyiləm ki! Hər birimiz xalqın artistiyik, o da bizim kimi insandır, biz də onun kimi. Belə bir söhbət var idi, oğlu da qızıma yazırdı, gül-çiçək, hədiyyələr göndərirdi. Sadəcə qızım istəmədi, dedi ki, subay oğlandır, mən ailəli olub ayrılmışam, övladım var. Subay oğlana getməyim düzgün deyil. Qızım dedi ki, subaydırsa, gedib subay qız alsın. Həm də dedi ki, oğluma cavan oğlan atalıq edə bilməz, ona bu hisslər yaddır. Uşağına görə qorxdu. Amma oğlan özü yaxşı uşaq idi, ailəsi də, həmçinin. Həm də qızım bu sənətdə yeni-yeni addımlayır, dedi ki, təhsil almaq istəyirəm. Buna görə bu izdivac alınmadı, yox dedik. Əslinə qalsa, mən də istəmərəm ki, şəxsi həyat barədə söz-söhbətlər yayılsın. Bu mənim şəxsi həyatımdır".
Samirə Yusifqızı: / oxu.az

Şou Biznes       Tarix: 29 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky


yeni xeberler son xeberler azerbaycan xeberleri maraqlı xəbərlər oxu.az xeberler zelzele bu gunun xeberleri haqqinda melumat