Sanki suyun dibinə çöküblər, səsləri çıxmır' — İlham İsmayılov

Sanki suyun dibinə çöküblər, səsləri çıxmır' — İlham İsmayılov"Son günlər gündəmdə olan mühüm xəbərlərdən biri də Rusiyanın "Rossotrudniçestvo" təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin  dayandırılması olub. Buna səbəb həmin qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunmasıdır". 
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib.
O bir neçə il əvvəl mətbuatda çıxış edərkən Ramiz Mehdiyevin bəzi hərəkətlərinə qarşı fikirlərini açıq söylədiyini deyib:
"Xüsusən də, seçki proseslərinə müdaxilə etməsini, özü seçilə bilən, dövlətə, dövlətçiliyə bağlı olan milli adamların kənarda qalmasına, xalqın heç bir etimadını qazanmayan adamların isə məcburi həmin yerlərdən seçilməsinə, xalqın dövlətçiliyə qarşı narazı salınmasina xidmət edirdi.  Nəinki adları çəkilən, hazırda artıq vəzifədə işləməyən bu adamlar, bu gün vəzifədə olan bir çox adamlar da var ki, sanki suyun dibinə çöküblər, səsləri çıxmır. Ancaq bunların bütün fəaliyyətləri, əməlləri göz qabağındadır. Xüsusən də, hansı qurumlardakı insanlar açıq-aşkar incidilir, rüşvət alınır, yəni hər şeyi rüşvətlə həll etmək istiqamətinə yönəldilir. Bu bir çox qurumlarda bu gün də davam etməkdədir. Bu adamların hərəkətinə başqa heç bir ad qoymaq olmaz. Aydındır ki, onlar xaricdən idarə olunan hansısa bir casus şəbəkənin üzvləridir. Və onların məqsədi insanları daimi narazı vəziyyətdə saxlamaqla dövlətə qarşı bir gərginlik yaratmaqdır. Təbii ki, bu gün onların bir hissəsi işdən azad olunsa da, onlardan vəzifədə qalanları da var və hələ də insanları incidirək narazılıq yaradırlar". 
O əlavə edib ki, Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədə fəaliyyətinin dayandırılması üçün ABŞ-yə bildiriş göndərib:
"Bu barədə də münasibət bildirmək istəyirəm. Artıq açıqlamalardan da məlum olduğu kimi yarım milyarda yaxın vəsaitin ayrılması ilə bağlı istər QHT-lər, istər mətbuat, istərsə də ayrı-ayrı şəxslərin fəaliyyətləri hələ araşdırılır, yəqin ki, bundan sonra da araşdırılacaq. Bir çox antimilli hərəkətlər üzə çıxır. Pulu kim verirsə, sifarişi də o verir. Mən vaxtilə, təxminən 10-15 il bundan əvvəl bir mətbuat qurumuna müsahibəmdə bildirmişdim ki, yaxşı olar ki, milli istiqamətdə, xüsusən də Azərbaycan həqiqətlərinin çatdırılması ilə bağlı çalışan bir çox təşkilatlar dövlət tərəfindən maliyyələşsin. Çünki əks halda bəzən bilərəkdən və ya bilməyərəkdən belə təşkilatlar təsir altına düşə bilirlər. Hətta ilk vaxtlarda onlara şirnikləndirici təkliflər verirlər, sonra artıq sifarişlər dəyişilir. Buna Gürcüstan hadisələrini misal göstərmək olar. QHT-lərdən həm də sonda gördükləri işin hesabatı tələb olunur. Ona görə də bu gün  onların içində həqiqi mənada milli mücadiləyə, mübarizəyə özünü həsr etmiş bir şəxs, mətbuat görə bilmirəm. İlk baxışdan hamı bu istiqamətdə çalışdığını deyə bilər, ancaq yəqin ki, sübüt edə bilməzlər". / azxeber.com

Sosial       Tarix: 15 fevral 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj

Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA

Dünya bazarında qızılın qiymətinin oktyabr ayında 7,3 faizdən çox ucuzlaşması son 18 ilin ən kəskin aylıq enişlərindən biri kimi diqqət çəkib. Qiymətlərdəki bu dəyişiklik Azərbaycanda da qızıl bazarının gələcəyi ilə bağl

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Sumqayıt magistral yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"-a istinadən xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb. Belə ki, avtomobil yol

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Qaz limiti ləğv edilir? – AÇIQLAMA

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Deputat Zahid Oruc isə çıxışında bildirib ki, Qusar, Quba


yeni xeberler azerbaycan xeberleri son xeberler hava durumu son xabarlar son xəbərlər bugünki xəbərlər