SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat oldu
SANKONUN-nun (Türkiyə Sənayeçi İş Qadınları və İş Adamları Konfederasiyası) Azərbaycan nümayəndəliyində yeni kadr təyinatı həyata keçirilmişdir. Geodeziya mühəndisi və sahibkar Vüqar Arazov nümayəndəlikdə müavin vəzifəsinə qəbul olunmuşdur.
Vüqar Arazov beynalxalq sertifiaktlı mühəndisdir. O, uzun illər Azərbaycanın mühəndislik və geodizya sektorunda fəaliyyət göstərir. O, hazırda Azərbaycan Geodeziya və Geomatika Mühəndislər İctimai birliyinin icraçı Direktoru, FİG - Beynəlxalq Geodeziya Federasiyasının Azərbaycan nümayəndəsi, eləcə də "Coordinat Group" MMC-nin təsisçisi kimi fəaliyyətini davam etdirir.
Yeni təyinatın əsas məqsədi Türkiyə və Azərbaycan arasında iqtisadi, sənaye və mühəndislik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, iş adamları arasında əlaqələrin möhkəmləndirilməsi və birgə layihələrin inkişafına töhfə verməkdir.
SANKON Azərbaycan nümayəndəliyi Vüqar Arazovun peşəkar təcrübəsinin və beynəlxaq əlaqələrinin qurumun fəaliyyətinə mühüm töhfə verəcəyinə inanır. Onun xüsusilə tikinti, infrastruktur, geodeziya və sənaye sahələrindəki fəaliyyəti gələcək əməkdaşlıq layihələri baxımından əhəmiyyətli hesab olunur.
Qeyd edək ki, SANKON Türkiyə və Azərbaycan arasında biznes əlaqələrinin inkişafı, sahibkarların beynəlxalq platformalarda təmsil olunması və iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərən nüfuzlu təşkilatlardan biridir. / azxeber.com

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?