Satıcılıqdan iş adamlığına yüksələn, təyyarəyə minməyən, ən az çıxış edən deputat - Madər Musayev kim idi?

Satıcılıqdan iş adamlığına yüksələn, təyyarəyə minməyən, ən az çıxış edən deputat - Madər Musayev kim idi?Xəbər verdiyimiz kimi, bu gün uzun sürən xəstəlikdən sonra Milli Məclsiin deputatı Madər Musayev vəfat edib.
azxeber.com Azərbaycan müstəqillik qazanan tarixdən bu günə kimi Milli Məclisin deputatı vəzifəsini daşıyan Madər Musayevin bioqrafiyasını təqdim edir:
Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.
Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.
XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
"Şöhrət" və "Şərəf" ordenləri, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Madər Musayev Milli Məclisin danışmayan deputatlarından sayılıb. Müstəqillik tariximizdə keçirilən ilk parlament seçkilərindən bu günə kimi Milli Məclisin deputatı vəzifəsini daşıyan M.Musayev çox nadir hallardan mətbuatda görünüb. 
O, uzun illər öncə verdiyi müsahibələrinin birində çətin həyat yaşadığını və bu çətinliklərə baxmayaraq ticarətdə yaxşı yerlərə gəldiyini deyib: "Bu yaşımda da deyirəm ki, qazandıqlarımın hamısı bir Tanrımın köməyi ilə, bir də əziyyətimin bəhrəsi olub. Heç nəyi xonçada hazır gətirib verməyiblər mənə, zəhmət çəkmişəm, çox zəhmət çəkmişəm... Sadə, təmiz bir ailəmiz olub – kolxozçu ailəsi. Namuslu, halal insanların övladı olmuşam. Atam müharibədən əlil qayıtmışdı, 1953-cü ilə qədər kolxoz sədri işlədi. Sonra kolxoz dağıldı, bir neçə kəndi birləşdirdilər. Anam da evdar idi. Üç bacı, bir qardaş idik. Evin tək oğlu olduğuma görə hamının yükü mənim üstümə düşüb. Uşaq vaxtımdan zəhmətə alışmışam, iradəli, dözümlü olmuşam. Ən ağır yükün altına girməyi də özümə yaraşdırmışam. Bəs nə etməliydim, qazandığımı da yükdaşıyana verə bilməzdim ki... Dediyim odur ki, halal pul qazanmaq eyib deyil. Mənə qalsa, yekəxanalıq, ədəbazlıq, tənbəllik, kiminsə əlinə baxmaq eyibdir. İnanın, birdən maşınla gedirəm, görürəm yolda 5-6 nəfər kişi dayanıb. Öz-özümə deyirəm, görəsən, bunların işi-gücü yoxdur, kişi də bekar olar... Yəni mənim işsiz vaxtım olmayıb. Mən bekarçılığı qəbul edə bilmirəm. Həmişə özümə iş tapıram. Lap görürəm bekarçılıqdır, onu söküb, bunu tikirəm (gülür)..."
Mərhum deputat öz müsahibəsində təyyarəyə minmədiyini, onda təyyarə qorxusu olduğunu da etiraf edir: "Yerdən ayrılanda özümü pis hiss edirəm. Bircə dəfə, Məkkəyə getmişəm təyyarə ilə. Sonra özümə söz vermişəm ki, təyyarədən istifadə etməyim...Söhbət heç təyyarədə də deyil. Onsuz da indi maşınla, qatarla hər yerə getmək olar. Mən torpağıma, yurduma bağlıyam. Ən yaxın qonşumuz Türkiyədir, orda iki dəfə olmuşam, amma inanın, hər həftə rayona getməsəm, rahat ola bilmirəm."
Mərhum deputat müsahibələrinin birində mətbuata açıq olmamasını daha fərqli tərzdə izah edib. O, kiməsə yardım etməyi bir qəzetdə yazısının çıxmasından daha üstün hesab etdiyini bildirib: "Kiməsə kömək edəndə ləzzət alıram, ürəyim dağa dönür. Mən bununla tanınmışam da. Məsələn, demirlər ki, Madərin dünən bir yaxşı məqaləsi vardı qəzetdə, deyirlər ki, Madər filankəsə ev tikdirdi, asfalt saldı, məktəbi təmir etdirdi, filankəsi barışdırdı, filankəs qızını vermirdi, məsləhət gördü, verdilər... - Haqqımda düz danışılanda xoşuma gəlir... Kimsə desə ki, Madər çox savadlı adamdır, onda bilərəm ki, yalan deyir. Amma deyəndə ki, Madər xeyirxahdır, qan yatırandır, bu, başqa məsələ... Bir dəfə bizim bir dostumuz anası ilə şəklini vurdurmuşdu qəzetə ki, anamı çox istəyirəm. Dedim, sən Allah, təzə bir şey yazaydın də, heç olmasa, yazaydın ki, xalamı, bibimi çox istəyirəm, mən də deyəydim, hə... Yoxsa, kişi anasını çox istər də, burda qeyri-adi bir şey yoxdu ki... İndi, sözünün qüvvəti, kişi elə sadə olar də... Sadə olmayan insan həyatda heç nəyə nail ola bilməz... "
M.Musayev Milli Məclisdə az danışmasına da belə izah verib: "Maşallah, orda o qədər yaxşı danışanlar var ki. Elə gərək hamı danışsın, qoy biri də qulaq assın da (gülür)... Hərçənd, başqa danışmayanlar da çoxdur ey, amma nədənsə elə hey mənimlə maraqlanırlar. Yenə deyirəm, orda çox ağıllı, çox sərrast danışanlar var, tabloda onların adını görəndə məmnuniyyətlə qulaq asıram..."
Mərhum deputatın sonuncu müsahibəsi isə 2020-ci ildə yayımlanıb. Parlament seçkilərindən sonra geniş müsahibə ilə çıxış edən M.Musayev 1990-cı ildən indiyə kimi 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputat seçilməsinə bu cür aydınlıq gətirib: "Deputatı konkret ərazidə yaşayan, səsvermə hüququ olan insanlar seçir. "Niyə məni seçirlər?" sualına da cavabım illərdir dəyişmir: Mən hər zaman seçicimin yanında olmuşam, başda cənab Prezident İlham Əliyev olmaqla dövlətin siyasətini dəstəkləmişəm. Bu bir reallıqdır ki, heç kim tanımadığı namizədə səs vermir". 
Qeyd edək ki, mərhum evli idi və 3 övladı vardı.
Allah rəhmət eləsin!
Günel Hüseynli

Siyasi       Tarix: 14 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi son xabar sonxeber az cəbhədən son görüntülər