"Səbail" "Qarabağ"a, "Sabah" "Turan Tovuz"a qarşı
Azərbaycan Premyer Liqasında bu gün XXI tura start veriləcək.
KONKRET.az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.
Tur son çempion "Qarabağ"ın matçı ilə başlayacaq. Ağdam təmsilçisi "Səbail"in qonağı olacaq. Qurban Qurbanovun yetirmələri hazırda 47 xalla turnir cədvəlinə başçılıq edirlərsə, 5-ci pillədəki "Səbail"in hesabında 27 xal var.
Günün ikinci qarşılaşmasında baş məşqçisiz qalan "Sabah" "Turan Tovuz"la evdə üz-üzə gələcək. Bakılıları bu görüşə İqor Ponomaryov çıxaracaq. Komandaların turnir cədvəlində qonşu olmaları oyuna marağı bir qədər də artırır. "Sabah" 26 xalla 7-ci sıradadırsa, "Turan Tovuz" rəqibindən cəmi 1 xal az toplayıb.
Qeyd edək ki, "Sumqayıt" – "Neftçi", "Qəbələ" – "Zirə" oyunları fevralın 4-də, "Kəpəz"– "Araz-Naxçıvan" qarşılaşması isə bir gün sonra keçiriləcək.
Premyer Liqa
XXI tur
3 fevral (şənbə)
15:00. "Səbail" – "Qarabağ"
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
"ASCO Arena"
17:30. "Sabah" – "Turan Tovuz"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
"Bank Respublika Arena"

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto