Şəfiqə Nağıyeva keçmiş ərindən danışdı: "Hamilə idim, üstümə stul atdı" – VİDEO

Şəfiqə Nağıyeva keçmiş ərindən danışdı: "1992-ci ildə zavodda işlədiyim dönəmdə, orada çalışan Vahid adında bir mühəndis vardı. O mənimlə evlənmək qərarına gəldi. Lakin mənə yaxınlaşıb heç nə deyə bilmirdi. Çünki çox zəhimli idim. Düşündükdən sonra, onunla ailə qurmaq qərarına gəldim. Qarşısına bir şərt qoydum ki, heç zaman dünyasını dəyişən anamı təhqir etməyəcəksən. Vahid söz verdi ki, heç zaman belə olmayacaq. Razılaşıb, ailə qurduq. Gəlin gedəndə də qara avtomobillə getdim".  
azxeber.com xəbər verir ki, bu sözləri məşhur vəkil Şəfiqə Nağıyeva "Onun sirri" proqramında qonaq olarkən deyib.  
Vəkil yaşadığı ağrılı-acılı ailə həyatından danışıb.  
"Bəlkə də mən onunla ailəli qalsaydım, o mənim həyat yoldaşım olsaydı, bu gün mən indiki Şəfiqə Nağıyeva olmayacaqdım. O, mənə güc verdi".  
Proqramın gedişatında Nağıyeva həyat yoldaşı tərəfindən dəfələrlə işgəncələrə və təhqirlərə məruz qaldığını açıqlayıb.  
"Zavodda işlədiyimiz zaman işçiləri Moskvaya istirahətə göndərirdilər. Moskvada mağazaları gəzib, orada alış-veriş edirdik. Aldıqlarımız malları isə həyat yoldaşım verdi ki, sən apar. O zaman isə mən hamilə idim. Mən də etiraz etmədim. Bizimlə bir yerdə çalışan digər qadın işçilər də vardı. Onlar mənə köməklik etmək istədilər. Mən dedim yox. Qabaqda gedirdim. Həyat yoldaşım həmin qadınlarla gülə-gülə gələndə, söylədi ki, "Baxın, eşşək aparır". Bu sözləri eşitdikdən sonra çox pis oldum. Çünki heç zaman heç kimə icazə verməmişəm ki, kimsə mənim şəxsiyyətimi alçaltsın.
Qaldığımız otelə getdik. Onun məni təhqir etməsini eşitdiyimi və gələn səfər getməyəcəyimi söylədim. Çox həyəcan keçirtdim, öz-özümə fikirə getdim.
Çarpayıda uzandığım yerdə, Vahid üzərimə stulu atdı və ayağıma dəydi. O söylədi ki, elə bilirsən ki, sənin uşağın olacaq? Yox, olmayacaq. Ayağımdan zədə aldım. Qapını açıb, çıxıb getdi".  
Məşhur vəkil onun anası söyən həyat yoldaşı Vahidlə ayrıldığı bildirib.  
"O sonradan yenə evləndi. Münasibətləri də çox yaxşıdır. Heç bir psixoloji problemləri yoxdur. Özü də, həyat yoldaşı da Tovuz rayonundandır. Qohumdurlar. Ola bilsin ki, onlar bir-birinin xasiyyətlərini dözə bilirlər, amma mən dözmədim. O, mənim anamı çox pis təhqir etdi. Bu təhqirdən sonra dözə bilmədim. Səhərisi gün biz Bakıya döndük.
Ona söylədim ki, bizim yolumuz ayrılır. Məhkəmə bizi 5 il ayırmadı. Çünki heç bir səbəb görmədi. Amma mən onunla ayrılmaq istədim. Anamı gözümün qabağına gətirib, dedim ki, onunla bundan sonra yaşaya bilmərəm".   
Ş.Nağıyeva əzab və istirab dolu ailə həyatı ilə bağlı fikirlərini belə davam edib:  
"Vahid, 25 il oğlumuzu axtarmadı. 25 ildən sonra oğlumuz Samirin axtarışa çıxdı. Samir onunla görüşmək istəmirdi. Mən zorla oğlumu atası ilə görüşməyə məcbur etdim ki, o sənin atandır. Vahid yalnız 3-4 ay aliment verib. Onunla cəhənnəm əzabı çəkdim". 

Sosial       Tarix: 03 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler kriminal xeberler xəbərlər cəbhədən son xəbərlər 2026