Şəhid övladlarının "Məzun günü" qeyd olundu - Fotolar
Şəhid övladlarının "Məzun günü" adlı tədbir keçirlib.
azxeber.com xəbər verir ki, tədbirin təşkilatçılığını "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi edib. Gecədə ilk olaraq 1 dəqiqəlik sükutla şəhidlərin ruhu yad edilib.
Tədbirdə təşkilatın sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxış edərək bu il məzun olan şəhid övladlarını təbrik edib:
"Bu il mənim övladım da daxil olmaqla 30-dan çox şəhid yadigarı olan şagird məzun olur. Onları öz balalarım kimi çox istəyirəm. Əminəm ki, bundan sonra onlar istər ali təhsil alaraq, istərsə də peşə təhsilinə yiyələnərək həm öz valideynlərinə, həm də Vətənə daha layiqli övlad olmağa çalışacaqlar".
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də çıxış edərək, məzunları təbrik edib, onlara uğurlar arzulayıb:
"Bu gün məzun olan şəhid övladlarının bir araya yığılması təsiredici hadisədir. Sizlərin çiynində böyük bir məsuliyyət var. Siz atalarınızın bizlərə yaşatdığı qürurun davamçıları olmalısınız".
Gecədə müğənni Sivva "Əziz müəllimim" mahnısını məzunlar üçün səsləndirib.







Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır