Şəhidin ailə üzvü olan şagirdin meyiti asılı halda tapıldı - RƏSMİ AÇIQLAMA
Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi Biləsuvarda intihar edən şagirdin məktəbdə bullinqə məruz qalması iddiasını təkzib edib.
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.
Bildirilib ki, məktəb daxilində aparılan ilkin təhlil və sorğular sözügedən şagirdə qarşı hər hansı qısnama hallarının baş verdiyini təkzib edir.
***
Biləsuvarda canına qəsd edən şagirdlə bağlı daha bir detal məlum olub.
KONKRET.azbildirir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə Simuzər Heydərova Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin şagirdi imiş.
O, 1993-cü ilin 15 avqustunda torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Zaur Muxtar oğlu Heydərovun ailə üzvüdür.
Simuzər Heydərovanın fotosunu təqdim edirik:
***
"Biləsuvarda şagirdin intihar etməsi ilə bağlı Şərqi-Zəngəzur Regional Təhsil İdarəsində araşdırma aparılır".
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-a Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.
"Biləsuvarda şagirdin intihar etməsi barədə məlumatlıyıq. Hadisə ilə bağlı hazırda Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır", – deyə qurumdan bildirilib.
***
Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.
Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib.
Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.
Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.
17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.
Faktla bağlı araşdırma aparılır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu