Şəhriyar Məmmədyarov "Grand Chess Tour"da sonuncu oldu - 48 750 DOLLAR QAZANDI

Şəhriyar Məmmədyarov "Grand Chess Tour"da sonuncu oldu - 48 750 DOLLAR QAZANDIXəbər verdiyimiz kimi, Şəhriyar Məmmədyarov "Grand Chess Tour"dakı çıxışını başa vurub.
Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş rapid və blits üzrə "Superbet" turnirində səkkizinci yeri tutan Şəhriyar 7500 dollar qazanıb.
Sözügedən turnirdə 2,5 xal toplayan şahmatçımız bu turnirdə iştirak edən 12 qrossmeyster arasında sonuncu olmaqdan qurtula bilməyib. Belə ki, o, 22-26 noyabrda Hindistanın Kəlküttə şəhərində keçiriləcək "Tata Steel" turnirində iştirak etməyəcəyindən (qaydalara görə, hər şahmatçı "Grand Chess Tour"un yeddi mərhələsindən ikisini buraxır – S.M.), Şəhriyarın sonuncu olacağı və bu turnirdən qazandığı yekun məbləğ bəlli olub.
Beləliklə, Fil Dişi Sahilindəki rapid və blits turnirini buraxmış Şəhriyar Xorvatiyanın paytaxtı Zaqrebdə 3, Parisdə 3 (rapid və blits), Seynt Luisdə 1 (rapid və blits), "Sinkfild Kuboku"nda 6,5 və "Superbet"də (rapid və blits) 2,5 xal qazanmaqla ümumilikdə 16 xal qazanıb. Bununla da Şəhriyar dekabrın 2-də Londonda başlayacaq final mərhələsində iştirak edə bilməyəcək. Çünki ora düşmək üçün ilk "dördlük"də olmaq gərək idi.
Hazırda isə bu yerdə norveçli Maqnus Karlsen, çinli Dinq Liren, fransalı Maksim Vaşye-Laqrav və ermənistanlı Levon Aronyan qərarlaşıb. Rusiyalı Sergey Karyakin Aronyanla eyni xala – 36,5 xala malik olsa da, birincinin ilk "dördlüy"ə düşməyəcəyi artıq bəllidir. Çünki Karyakin də Şəhriyar kimi bu yarışdakı çıxışını başa vurub.
Sonuncu olan Şəhriyarın isə bu turnirdən qazancı 48750 dollar olacaq.
Qeyd edək ki, Londondakı final mərhələsinin mükafat fondu 350 min dollardır. (oxu.az) /publika.az

İdman       Tarix: 11 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında İsrail yığmasını məğlub edib. bildirir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, U-15 millimi

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbər son xəbərlər azərbaycanda son xeberler bugun 2026 canli valyuta mezenesi