Şəkidə "Şəhər günü" keçirilib - FOTOLAR

Şəkidə İyulun 7-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin, Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə Şəkidə "Şəhər Günü" münasibətilə bayram tədbiri keçirilib.
azxeber.com xəbər verir ki, "Şəhər Günü" tədbirləri çərçivəsində qala divarları daxilində yerli sahibkarların hazırladığı məhsulların sərgi-satış yarmarkası keçirilib, şəhərin tarixi mərkəzində milli tamaşalardan səhnəciklər nümayiş olunub, konsert proqramı təşkil edilib, yerli rəssamların əl işləri nümayiş etdirilib. 
Tədbirin açılışında çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin Azərbaycan tarixini, mədəniyyətini və mədəni irsini qoruyub saxlayan unikal bir yer olduğunu, bu növ tədbirlərin şəhərin qeyri-maddi irsinin tanıdılmasına dəstək göstərdiyini və şəhərin turizm potensialının inkişafında mühüm rol oynadığını bildirib.
Son illər dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində böyük işlərin görüldüyünü deyən Elxan Usubov "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi"nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasının ölkəmizin və Şəki şəhərinin mədəni həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb. 
Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova çıxışında Şəki şəhərini özündə turizm istiqamətli bir neçə sahəni birləşdirən mədəni irs nümunəsi kimi dəyərləndirib. 
O, qeyd edib ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Şəkinin tarixi hissəsində Dünya İrs Konvensiyasının tələblərinə uyğun gələn onlarla abidə olduğunu qeyd edən sədr müavini ötən il Nazirlər Kabinetinin qərarı ilə daha 58 abidənin dövlət mühafizəsinə götürülməsinin Şəkinin mədəni-tarixi irsinin daha dayanıqlı şəkildə qorunması, ümumbəşəri dəyərlərinin mühafizəsi baxımından önəmli olduğunu vurğulayıb. 
Azadə Hüseynova Şəki şəhərinin tarixi hissəsini əhatə edən "Yuxarı Baş" Milli Tarix-Memarlıq qoruğu ərazisində bir neçə tarixi binada təmir-bərpa işlərinin həyata keçirildiyini, növbəti illərdə də bu istiqamətdə işlərin mərhələli şəkildə icrasının davamının nəzərdə tutulduğunu qeyd edib. 
İyulun 7-də, həmçinin ənənəvi  XI "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının açılışı baş tutacaq. 8-9 iyul tarixlərində şəhərin qonaqları musiqi bayramı çərçivəsində şəhərdə keçiriləcək tədbirlərdə iştirak edə biləcəklər. 
Xatırladaq ki, 2019-cu ildə Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.  
Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi 2021-ci il iyulun 7-də keçirildiyindən Şəki şəhər İcra Hakimiyyəti tərəfindən hər il iyulun 7-nin Şəkidə "Şəhər Günü" kimi qeyd edilməsi qərarlaşdırılıb.
Aydın Nuri
Şəkidə Şəkidə Şəkidə Şəkidə Şəkidə Şəkidə Şəkidə Şəkidə Şəkidə Şəkidə Şəkidə Şəkidə

Sosial       Tarix: 08 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


azerbaycan xeberleri son xeberler yeni xeberler hava son xeberler bugun axsam az xeberler valyuta