Şəmkirdə ağır qəza - Ölənlərin sayı 6-ya çatdı - (Yenilənib)
Şəmkirdə ağır yol qəzası baş verib.
KONKRET.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ 2106" ilə "KİA" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 3 nəfər hadisə yerində ölüb.
***
Qəzada ölənlərin sayı 4 nəfərə çatıb.
***
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində həlak olub.
Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Mahmudlu kənd sakinləri olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb.
Araşdırma aparılır.
***
Qəza nəticəsində həlak olanlardan bəzilərinin kimliyi məlum olub.
Belə ki, hadisə zamanı 1992-ci il təvəllüdlü Hicran Həmzəyeva , 2018-ci il təvəllüdlü Zəhra Vəliyeva, 1988-ci il təvəllüdlü İlahə Məmmədova və 2009-cu il təvəllüdlü Elvin Məmmədov həyatını itirib.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərdən 2-nin vəziyyəti ağır, 5-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Hazırda hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Hadisə nəticəsində 2 nəfərin (1 kişi, 1 qadın) həkiməqədər ölüm faktı qeydə alınıb", – deyə məlumatda qeyd edilib.
***
Qəza zamanı yaralanan 7 nəfərin də kimliyi məlum olub.
Belə ki, hadisə nəticəsində "VAZ" ın sürücüsü Əlizamin Aslanov, onun oğlu 2021-ci il təvəllüdlü Qoşqar Aslanov, 2010-cu il təvəllüdlü Zeynab Vəliyeva, Aygün Cəfərova, Zəminə Hüseynova, Seymur Hüseyinli və Elnur Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.
***
Yaralılardan "VAZ 2106" markalı avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Əlizamin Aslanov vəfat edib.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı