Sən yaşamamalısan!' - Bakıda mağazada səkkiz bıçaq zərbəsi alan qadın dəhşətli anları danışdı
İyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həyat yoldaşını işlədiyi mağazada bıçaqlayan Fəxrəddin Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
azxeber.com Lent.az-a istinadən xəbər verir ki, zərərçəkən Leyla Quliyeva təqsirləndirilən Fəxrəddin Quliyevlə münasibətlərinin pisləşməsinə səbəb kimi onun borclarını və yalanlarını göstərib:
"Fəxrəddinin yalanları o, Avropaya gedəndən sonra başladı. Mən ona dedim ki, səninlə yalanlarına və ailədəki davranışlarına görə yaşamaq istəmirəm. O isə deyirdi: "Ya mənimlə barış, ya da səni yaşamağa qoymayacağam. Boşansan, səni insan içinə çıxa bilməyəcək dərəcədə şərləyəcəyəm". Hamının içində - istər işdə, istərsə də ailə və uşağın yanında məni ağır söyüşlərlə təhqir edirdi. Gəlib deyirdi ki, borcum var, verməsəm məni məhkəməyə verəcəklər. Atam da əlində-ovcunda olanı ona verirdi ki, gedib borcunu bağlasın. Amma bir müddət keçəndən sonra mənə zəng gəlirdi: "Xanım, yoldaşınızın borcu qaytarmaq fikri yoxdur?" Bilmirdim bu pullar hara gedir ki, borclar ödənmir. Amma gəzməyindən də qalmırdı, mənə hər gəzdiyi yerdən şəkillər göndərirdi. Hay-küy salıb deyirdi: "Mən hakim, icra tanımıram, istədiyim kimi uşağı görməliyəm". Uşağın kurs və dərs saatlarına görə bu, onun istədiyi vaxt mümkün deyildi. Hadisə günü işdə idim, iş yoldaşlarım mənə dedilər ki, "Leyla, çölə çıxma, yoldaşın gəlib, çox əsəbidir". Bir də gördüm Fəxrəddin içəridədir və bıçaqla üstümə cumdu. Qorunmaq üçün başımı əlimlə tutanda bıçaq əlimə dəydi. Bu günə kimi də barmaqlarımı normal işlədə bilmirəm. Yalvarırdım ona, deyirdim ki, etmə, uşağımız var. Üstümə cumurdu ki, "Sən yaşamamalısan, ölməlisən".
Şahid X.E. zərərçəkənin çalışdığı mağazanın müdiri olduğunu bildirib: "Hadisəni görməmişəm. Fəxrəddin daha əvvəl də mağazaya gəlirdi. Çöldə münaqişələri olurdu, polis gəlib aparırdı".
Digər şahid O.M. isə zərərçəkənin iş yoldaşı olduğunu qeyd edib: "Hadisəni tam olaraq görməmişəm. Səs-küyə yaxınlaşanda Leyla xanımı yerdə, Fəxrəddini də əlində bıçaq onun başının üstündə gördüm. O, öz-özünə deyirdi: "Mən istəmirdim belə olsun".
Növbəti proses iyulun 29-u saat 14:00-a təyin olunub.
Qeyd edək ki, hadisə 2025-ci il dekabrın 2-də Bakının Üzeyir Hacıbəyli küçəsində yerləşən mağazalardan birində baş verib. Bakı şəhər sakini, 34 yaşlı Fəxrəddin Quliyev mağazaya basqın edərək, orada işləyən həyat yoldaşı, 31 yaşlı Leyla Quliyevaya bıçaqla zərbələr endirib. L.Quliyeva qaçsa da, əri ona çataraq kürək nahiyəsinə 8 bıçaq zərbəsi vurub. Faktla bağlı Fəxrəddin Quliyev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məsuliyyətə cəlb edilib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər