Sənətçilərin bayram ab-havası: "Novruzda evdə oluram ki, yeddi il ailəmdən didərgin düşməyim" - Sorğu + FOTO

Sənətçilərin bayram ab-havası: Sənətçilərin bayram ab-havası: "Novruzda evdə oluram ki, yeddi il ailəmdən didərgin düşməyim" - Sorğu + FOTO
Milli adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramına 2 gün qalır. Novruz bayramı bayram fəslinin müjdəçisi və simvoludur. Hər il olduğu kimi bu il də məşhurların bayramı harada keçirəcəkləri maraq doğurur. 
Oxu.Az-ın əməkdaşı bir neçə sənət adamının planları ilə maraqlanıb.
Əməkdar artist Xumar Qədimova başqa bir ölkədə rahatlıq tapmayacağını ifadə edib:
Sənətçilərin bayram ab-havası: "Bayramı evdə ailəmlə keçirəcəyəm. Başqa harada keçirə bilərəm? Doğmalarımla keçirəcəyəm. Milli adət-ənənələrimizi özündə əks etdirən Novruzu başqa ölkədə keçirsək, çox gülünc olar. Xaricə getməyə ehtiyac yoxdur. Ən gözəl ölkə elə Azərbaycandır. Öz doğma bayramımızı doğma vətəndə keçirməliyik. Özü də plov yeyə-yeyə".
X.Qədimova bayramda tədbirlərdə olmayacağını söyləyib:
"Bayramı evdə keçirərlər. Tədbirdə olmayacağam. Digər şəhərlərə getməyə ehtiyac yoxdur. Başqa heç bir yerdə rahatlıq tapa bilmərik. Ən rahat yer evimizdir".
Əməkdar artist Nahidə Orucova isə Bakıdan kənara çıxa bilməyəcəyi üçün təəssüflənib:
Sənətçilərin bayram ab-havası: "Bayramı hər il olduğu kimi bu il də orada-burada qarşılayacağam. Bayram çəkilişlərində olacağam. Bizim həyatımız budur. Evdən, ailədən məhrum insanlarıq. Bakıdan kənara çox istəyərdim ki, çıxım. Lakin imkan yoxdur".
Aktrisa Çimnaz Sultanova qeyd edib ki, hər il evdə olur ki, 7 il ailədən didərgin düşməsin:
Sənətçilərin bayram ab-havası: "Bayramı evdə keçirəcəyəm. Bu, mənim üçün ən əziz bayramdır. Ailəmlə olacağam. Belə bir inanc var ki, kim Novruzu evdə keçirməsə, 7 il ailəsindən didərgin düşəcək. Bacardığım qədər hər il bayramı ailəmlə birlikdə keçirirəm. Çünki bu, mənim üçün çox önəmlidir".
Ç.Sultanova bayram üçün ata ocağına toplaşdıqlarını əlavə edib:
"Mən bakılıyam. Bakının kəndlərində bayram martın 21-də qeyd olunur. Martın 20-si bayram axşamı kimi yığışırıq. Hər il ata yurduna toplaşırıq. Dünyanın harasında oluruqsa, bayramda ata evinə toplaşırıq. Bu bayramı xüsusi qeyd edirik. Başqa bir şəhərə, rayona getmirəm. Ancaq öz doğma yurdumuzda, ata ocağımızda bayramı qarşılayıram".
Müğənni Ayaz Babayev Novruzda hər il papaq atdığını söyləyib:
Sənətçilərin bayram ab-havası: "İllərdir ki, bayramda səhnədə oluram. Səhnədən sonra ailəmlə süfrə masasında olmaq adət halını alıb. Sonra dostlarımla görüşəcəyəm. Maraqlı məqam odur ki, 10 ildir mən papaq atıram. Elə bir bayram yoxdur ki, mən papaq atmayım. Novruzu çox sevirəm. Milli adət-ənənələrimizi özündə əks etdirən ən gözəl bayramdır. Tonqal ətrafına toplaşacağıq. Novruzun adət - ənənələrini çox sevirəm".
Nəzrin Vahid

Şou Biznes       Tarix: 18 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Arif Mirzəyev vəfat etdi

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib. -a istinadən xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib. Arif Abdull

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Müğənnin oğlu Nadir Rzayev atasının vəsiyyətini Axşam.az-a açıqlayıb. O bildirib ki, atası yas mərasiminin çəkilməsini istəməyib:. "Atamın vəsiyyət

Nuran yeni layihəsini təqdim etdi

Müğənni Nuran yeni layihəsini təqdim edib. . xəbər verir ki, sənətçi növbəti dəfə 200-ci illərin əvvəllərinə üz tutub. . O, müğənni Rəqsanə İsmayılovanın ifasında populyarlaşan "Günahından keçmərəm" mahnısına yen

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberleri xəbərlər xeber.az 2026 son.xeberler